Avtobuslar pulsuz olacaq-Şad xəbər



UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslər mayın 25-dən 30-dək ictimai nəqliyyatdan, biletli azarkeşlərin isə mayın 28-dən 30-dək kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz istifadə edəcəklər.Demokrat.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

BNA rəsmisi qeyd edib ki, çarter reysi ilə ölkəmizə gələcək "Arsenal" və "Çelsi" azerkeşlərinin aeroportun "Terminal-1" və "Terminal-2" ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin "Depo-2" ərazisinə təqdim edilən siyahıya uyğun daşınması "AFN transport" şirkəti tərəfindən həyata keçiriləcək.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi