Tovuzda saxta pasport satan polkovnik vəzifəsini itirdi



Azərbaycanda polis rəisi xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Tovuz rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Nazirliyin aidiyyatı xidməti tərəfindən aparılan yoxlama nəticəsində K. Quliyevin mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozduğu müəyyənləşib.

Məlumata görə, K.Quliyev 10-dan çox xarici vətəndaşa saxta yolla Azərbaycan dövlətinə məxsus şəxsiyyət vəsiqəsi verib.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi