"Mənim iştirakım olmadan necə bu hakim məhkəmə qurub, qərar verə bilər"-Tanınmış teleaparıcı



Bu gün Yasamal rayon məhkəməsindən göndərilən bu qərarda məni şoka saldi. Deməli, məhkəmənin hakimi Günel Əkbərli iddiaçı olaraq mənim iştirakım olmada DYP xeyrinə qərar çıxarıb”. Tanınmış teleaparıcı, Real TV-nin əməkdaşı Afət Telmanqızı özünün feysbuk hesabında yazıb.

“Məktubu da bu gün yaşadığım ünvana göndərib. Bu nə özbaşınalıqdır? Mənim iştirakım olmadan necə bu hakim mməhkəmə qurub, qərar verə bilər? Bu hakim nəyə arxalanıb qanunları pozur? Qanun pozandan necə qanun tələb edək? Niye məhkəmələr bu gündədir? Günel Əkbərli, siz məni məhkəmənin vaxtı, tarixi barədə məlumatlandırmadan necə məhkəmə qura bilərsiniz?

Artıq 2-ci dəfədir ki, adı çəkilən hakim məhkəmə bildirişi göndərmədən təkbaşına məhkəmə qurur. Sizin kimilər bu dövlətə ləkə vurmaqdan başqa heç nəyə yaramır.Qanunu pozanlar elə sizsiniz qanunsuzluq edən Əkbərli. Yəqin ki, cəzasız qalmazsınız!”, - deyə Afət Telmanqızı bildirib.moderator.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi