"Meyvələr cənnəti"ndə Göycə festivalı



Bu günlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi növbəti- IV “Göycə” festivalına ev sahibliyi edib.

Qədim zamanlardan bəri Naxçıvan matahı haqqında deyilirdi: "Naxçıvanın duzu, qızı, yarpızı..." İndi bu mataha biri də əlavə olunub: "Naxçıvanın göycəsi". Bu göy köynəkli bahar şahzadəsi "Göycə xatun" artıq yaxın-uzaq ellərin dillər əzbərinə çevrilib.

Qədim Naxçıvan zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Naxçıvanın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələri süfrələrimizin dadı-tamına, bərəkətinə çevrilib. Bütün bunlara görədir ki, hələ orta əsrlərdə səyyahlar öz səfərnamələrində Naxçıvanı “meyvə cənnəti” adlandırıblar.

Bizim, "Analoq.az"ın yaradıcı heyətinin Naxçıvana gəlişi IV “Göycə” festivalının ikinci gününə təsadüf etdi. Bələdçimiz Naxçıvan TV-nin əməkdaşı Elşən Hacıyev idi.
Festivala Naxçıvan şəhərindən 1300, Şərurdan 2850, Babəkdən 3330, Ordubaddan 1200, Culfadan 700, Kəngərli rayonundan isə 1300 kiloqram olmaqla müxtəlif növ göycə məhsullarının sərgi-satışı həyata keçirilib. Həmçinin festival iştirakçılarına göycədən hazırlanan məhsullar – mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası təqdim olunub.

Göycədən hazırlanan müxtəlif fiqurlar maraqlı kompozisiya yaradıb. Şərur rayonun stendində Möminə Xatın türbəsi, Babək rayonuna ayrılan stenddə göycə ağacı və ətrafında qədim məişət əşyaları, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyini əks etdirən tablo, Ordubad rayonuna ayrılan hissədə isə Qeysəriyyə tarixi abidəsi iştirakçıların diqqətini çəkib.

Festivalda həmsöhbət olduğumuz Culfa Mədəniyyət evinin əməkdaşı Aida İbrahimova qeyd etdi ki, festivala muxtar respublikanın şəhər və rayonlarından 250-dən çox ailə təsərrüfatı sahibi 20 tondan artıq göycə gətirib. Festivalda göycədən hazırlanan, mürəbbə, cem, əzmə, kompot və araqların sərgisi və satışı da təşkil olunub.

Qeyd edək ki, festival gün ərzində davam etdi və günün sonunda ailə təsərrüfatı sahibləri arasında “Ən yaxşı göycə” müsabiqəsi ilə tədbirə yekun vuruldu.

Naxçıvanda keçirilən “Göycə” festivalı sakinlər, o cümlədən muxtar respublikaya gələn turistlər tərəfindən böyük maraqla qarşılandı.

Analoq.az


"Meyvələr cənnəti"ndə Göycə festivalı
"Meyvələr cənnəti"ndə Göycə festivalı скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi