Qazaxda icra başçısı ilə rəis arasında qalmaqal



Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov vəzifəsindən azad edilib.
Bu barədə Qaynarinfo-ya rayondakı mənbələrdən
məlumat daxil olub

Məlumatda N.Məmmədovun işdən çıxarılmasına onunla icra başçısı Rəcəb Babaşov arasında qalmaqalın səbəb olduğu bildirilir. Mənbələrimizin dediyinə görə, hələ iki ay öncə, aprelin əvvəllərindən Qazax Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının iştirakı ilə rayonda fəaliyyət göstərən xidmət sahələrinin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirilib.

Şəhər və kəndlərdə yaşayan 59 nəfər rayon sakininin müraciətləri əsasında keçirilən müşavirədə əhaliyə göstərilən xidmətlərin keyfiyyəti müzakirə olunub.

Elə həmin iclasda icra başçısı yerli məmurlara sərt mesajlar verib. "Heç bir idarə, müəssisə və təşkilat rəhbəri ölkə başçısının yürütdüyü siyasətə kölgə sala bilməz”, - deyən icra başçısı qeyd edib ki, əksinə onlar davranışı, göstərdiyi diqqət və qayğı ilə vətəndaşlara nümunə olmalıdır.

Sonra vətəndaşların xidmət sahələrinin gördüyü işlərin keyfiyyəti ilə bağlı fikirləri öyrənilib, onları narahat edən məsələlər dinlənilib. 59 nəfərin müraciətinə əsasən xidmətində nöqsanları olan Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədova ciddi xəbərdarlıq olunub.

Bəzi iddialara görə, R.Babaşovla N.Məmmədov arasında münasibətlər bir müddətdir kəskin imiş. Hətta icra başçısının keçmiş rəis hələ vəzifədə ikən ünvanına kəskin ifadələr işlətdiyi, qarşı tərəfin də rayon rəhbərini sakitləşdirməyə çalışdığına dair xəbərlər dolaşır.

Lakin belə görünür, yerli Telekommunikasiya Qovşağının rəisinə ciddi xəbərdarlıq edilməsi də onlar arsındakı "soyuq müharibə"ni səngitməyib və sonda N.Məmmədov vəzifəsindən kənarlaşdırılıb.

Bu arada sabiq rəisin artıq Şəmkir rayon Regional Təhsil İdarəsində işə başladığı da deyilir.

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi