İsti yay mövsümü: ilanlardan ehtiyatlı olun



Bu il havaların daha isti keçməsi ilə əlaqədar olaraq ölkə ərazisindəki ilanların sayı artıb.

Havaların qızmar keçməsinin soyuqqanlı heyvan olan ilanlar üçün sərfəlidir. İlanların sayının artmasına əlverişli iqlim şəraiti ilə yanaşı, qida zəncirinin də təsir göstərib.

Becərilməyən torpaqlarda xırda gəmiricilərin sayının artması onlarla qidalanan ilanların da say artımına səbəb olur.
İlanların daha çox Kür-Araz ovalığında yerləşən Aran rayonlarında təsadüf edir.Azərbaycanın yarımsəhra əraziləri ilanların artımı baxımından çox təhlükəlidir:

Azərbaycandakı ilanların hamısı zəhərli deyil. Ölkəmizin faunasında 20-yə yaxın ilan növünün olduğunu, onlardan isə yalnız birinin – gürzənin insan həyatı üçün təhlükəlidir.

İlanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də insanlar tərəfindən yaradılmış “sığınacaqlarda”- zirzəmilərdə, abad olmayan həyətlərdə – burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər.

Bu dövrdə zəhərli ilanların artması bir çox hallarda acı sonluqla nəticələnir. Təbii ki, otlaq sahələri, kol-kos, əkin-biçin yerlərində zəhərli ilanların olması daha çox ehtimal olunur.

Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi