Şəhid ailələriylə olan görüşü reklam etmək vətənpərvərlik deyil-Nəzakət Zeynalova yazır



Vətən naminə canlarını fəda etmiş şəhidlərimiz və sağlamlığından keçmiş qazilərimiz hər birimizin fəxr və qürur yerimizdir. Onları xatırlamaq hər birimizin borcudur. Azərbaycan siyasi arenasında şəhidlərdən, şəhid ailələrindən, qazilərdən bəzən öz şəxsi mənafeyi üçün istifadə edənlər də olur təəssüf ki.

Görüntü yaradaraq şəhid ailələrinin zaman-zaman yaşadığı sosial və digər çətinlikləri əldə bayraq edərək alt qatda öz xeyirlərini güdənlər var. Ancaq siyasi partiyalar və sədrləri içərisində tam təmənnasız, bəzən də öz siyasi çıxışlarını təxirə salaraq əlamətdar və digər günlərdə şəhidlərə, qazilərə, şəhid ailələrinə yer ayıran, onları ziyarət edən, təsəlli verən AXCP və onun sədri Razi Nurullayev olub.

Razi bəy AXCP sədri olduqdan sonra digər xüsuslarla yanaşı bu məsələyə də xüsusi diqqət ayrılıb. Razi bəy partiyamızın bütün resurslarını şəhidlərimiz, qazilərimiz naminə səfərbər edib hər zaman. Şəhid ailələri, qazilər, şəhidlər haqda daima çıxışlar, təkliflər, filmlər, kitab təqdimatları və müxtəlif səpkili yazılar yayınlanıb AXCP nin təşkilatçılığı ilə.

Digər partiyalardan daha qabarıq şəkildə Vətənpərvərlik tərənnüm edilib. Bu gün də bu davam edir və edəcək. Hətta rayonlarımızda, ucqar kəndlərimizdə şəhidləri ziyarət etmək hər zaman amalımız olub.

AXCP Qərbi Azərbaycan Şöbəsinin sədri olaraq bu ənənəni daima yaşatmağımızla fəxr edirəm. Çünki AXCP xalqın partiyasıdır və xalqa xidmət edir.
Qərbi Azərbaycan şəhidləri ilə bağlı da tədbir planlaşdırırıq. İnşallah yaxın vaxtlarda partiyazmızda bu mövzuda geniş bir tədbir keçirəcəyik.

Nəzakət Zeynalova
AXCP Qərbi Azərbaycan Şöbəsinin sədri

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi