Qaradağ sakinləri ölkə başçısına müraciət etdilər-Videonu izlə



Dünən bir qrup Qaradağ sakini Gilan və Qaradağ rayon icra başçısı Süleyman Mikayılova öz etirazını bildirib. Onlar çıxış edərək bildiriblər ki, bir müddət əvvə qəzalı vəziyyətdə olan evlərindən köçürülmək üçün verilən sözlərə əməl olunmayıb və indi çox acınacaqlı şəraitdə yaşayırlar. Mənzillərin kvadrat sahəsinin kiçikliyi, tikintidə istifadə olunan materialların keyfiyyətsizliyi və digər məsələlər əsas problemlərdəndir.

Yeni inşa olunmuş binalarda məskunlaşan sakinlər qeyd edir ki, dəfələrlə icra hakimiyyətinə getsələr də, ya onların səsinə səs verən olmur, ya da bir bəhanə ilə bvaxtı uzadırlar. Artıq vəziyyətin dözülməz həddə çatdığını bildirən vətəndaşlar deyir ki, kiçik ölçülü mənzildə elə ailələr var ki, 6-7 nəfərlə yaşayır ki, bu da nə etik baxımdan, nə də yay fəsilinin istisində mümkünsüzdür.

Sakinlər ölkə başçısına müraciət edərək, ondan kömək istəyib.

Analoq.az

скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi