Nizami rayon sakini ona dəymiş ziyana görə ölkə başçısına müraciət etdi



Nizami rayon sakini Bəşirov Kamal Ramazan oğlu ona dəymiş ziyanın hələ də ödənilmədiyinə görə ölkə başçısı cənab İlham Əliyevə məktub ünvanlayıb.Zərərçəkmiş məktubun mətbuatda yayılması üçün bir nüsxəsini də Analoq.az-a yollayıb.Analoq.az həmin müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Cəbrayıl rayonu, 20 Yanvar küçəsi, ev 62-də qeydiyyatda olan, hal-hazırda Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, ev 45 ünvaninda yaşayan

Bəşirov Kamal Ramazan oğlu
tərəfindən


Ərizə

Mehrəliyev Seyran Rafiq oğlunu mən 2018-ci ilin fevral ayından tanıyıram. Mən onunla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2210 ünvanında yerləşən qeyri-yaşayış sahəsini özəlləşdirmək məqsədi ilə Rəsulov Rövşən Qurban oğlu vasitəsi ilə tanış olmuşam. Mehrəliyev Seyran Rafiq oğlu yuxarıda göstərdiyim ünvanda olan obyekti özəlləşdirmək üçün mənə kömək edəcəyini bildirdi. Rövşən, Seyran və mən obyektin özəlləşdirilməsinin mümkün olub-olmaması üçün həmin əraziyə baxış keçirdik. Obyektə baxış zamanı Seyran qohumu ilə danışıb, nəticəsini deyəcəyini bildirdi. Mənim yanımda Xəlilov Qulu Oktay oğluna zəng edərək yer haqqında ətraflı məlumat verdi və CPS-nin göndərilməsi vaxtına kimi məsələni ona danışdı.

Mən Qulunun kim olduğunu və harada işlədiyini soruşdum.Seyran bildirdi ki, Qulu Xəlilov Oktay oğlu onun xalası oğludur və Əmlak Məsələləri Dövlət Komitəsində çalışır. Odur ki, Xəlilov Qulu Oktay oğlunun köməyindən istifadə edərək tez bir müddətdə sənədləri hazırlayacaqlar. Seyrandan həmin sənədin neçəyə başa gəldiyini soruşduqda, Qulu ilə görüşdən sonra deyəcəyini bildirdi. İki-üç gündən sonra görüşdük. Seyranın dediyinə görə görüləcək işin ümumi qiyməti 36.000 (otuz altı min) manat idi.

Göstərilən məbləğu üç dəfəyə verməklə razılaşdım. Birinci dəfə 06.02.2018-ci ildə Xətai rayonu Naximov küçəsində yerləşən Dağ Göllər kafesindəki görüşümüzdə Seyrana 6.000 (altı min) manat verdim. İkincici dəfə 20.02.2018-ci ildə 21.000 (iyirmi bir min) manat pulu Seyrana Rövşənlə birlikdəki görüşümüz zamanı verdim.

05.04.2018-ci ildə Seyran mənə zəng edib anasının xəstəliyi üçün 500 (beş yüz) manat lazım olduğunu bildirdi. Mən həmin pulu Rövşən vasitəsi ilə ona çatdırdım. Aprel ayının sonunda mənə zəng edərək obyektin CPS vasitəsi ilə koordinantlarının çəkildiyini və qalan 9.000 (doqquz min) manat pulu vermək lazım gəldiyini bildirdi. Mən may ayının 10-da dedim ki, tələb olunan 9000 (doqquz min) manatı almaq istədiyim obyektin birkasın mənə göstərəndən və obyekti təhvil alandan sonra verəcəm. Seyran mənimlə razılaşdı.

Həmin tarixdən indiyə kimi Seyran və Qulu məni aldadaraq aldıqları məbləği geri qaytarmaqdan boyun qaçırırlar. Bundan sonra mən Xətai rayonu polis şöbəsinə yazılı surətdə ərizə ilə müraciət etdim və Seyran axtarışa verildi. Əleyhinə olan bütün dəlillərə baxmayaraq, onun tutulması nədənsə (?) mümkün olmur, polis Suraxanının ortasında sərbəst gəzən Seyranı tutub, şöbəyə aparmırdı. Bizim dəfələrlə təkidimizdən sonra Seyranı 1-ci polis şöbəsinə apardilar. İclas vaxtı Bakı şəhəri Sabunçu məhkəməsinin sədri hörmətli İlqar Abbasov Seyranın işində heç bir cinayət tərkibi olmadığını bildirdi və onu elə zaldaca azad elədi. Halbuki, məhkəmə zamanı Seyran aldığı pulları Əmlak Komitəsinin işçisi Kamran adlı şəxslə bölüşdüyünü etiraf etmişdi. Sədr isə Kamranın kimliyi ilə belə maraqlanmadı. İndiyə qədər də onun kimliyi hamı üçün qaranlıqdır. Seyranın verdiyi ifadəyə görə, Kamran qaçıb və harda olması barədə heç bir məlumatı yoxdur.

Hal-hazırda Seyran tutulub. Onun xalası oğlu Qulu Xəlilov isə Seyran haqqında “Qoy tutulsun, 3-5 il iş verəcəklər, ondan sonra sizin pullarınız batacaq, geri qaytarılmaycaq” deyir. Mən Seyran üçün 30.04.2019-cu ildə cinayət əməlinə görə vurulmuş maddi ziyanın ödənilməsi haqqında iddia, 21.05.2019-cu ildə isə Xəlilov Qulu Oktay oğlu barəsində vəsatət qaldırmışam. Ona görə ki, Xəlilov Qulu Oktay oğlu və Mehrəliyev Seyran Rafiq oğlu öz törətdikləri cinayətin cəzasını çəkməlidirlər. Mənim vəsatətimdən sonra sədr Abbasov İlqar, nəhayət ki, Qulunu məhkəməyə çağırdı. Məhkəmədə Qulu xalası oğlu Seyran ilə 7-8 ildir küsülü olduğunu bildirdi. Qulunu məhkəmə zalından "günahsız müqəssir" kimi təmtəraqla yola saldılar. Məhkəmə binasının qarşısında Qulu "danışmadığı" qohumları ilə mehribancasına görüşüb söhbət etməyə başladı. Seyran bir neçə dəfə mənim də yanımda Qulu ilə danışmış, xalası oğlundan lazım olan göstərişləri alaraq onun cızdığı plan əsasında hərəkət etmişdi. Qulunun telefon nömrəsini mənə verən də Seyran olmuşdu.

Hörmətli Ali Baş Komandan!

Bəzi ali vəzifəli məmurlar kasıb və qara camaatın mülkünün talanmasına, onların hüquqlarının tapdalanmasına göz yumur, deyirlər ki, Azərbaycan Respublikasının Dövlət Konstitusiyasında dələduzların, oğruların cəzalarını çəkməsi üçün qanun yoxdur. Sizdən xahiş edirəm ki, mənim ərizəmə biganə yanaşmayasınız. Göstərəcəyiniz köməyə görə Sizə öz sonsuz minnətdarlığımı bildirirəm.

Bəşirov Kamal Ramazan oğlu
+994 70 239 76 39
Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi