Bizi izləməyi unutmayın

#Ölkə

Polad Aslanovun jurnalistlər korpusunda casus şəbəkəsi

19-06-2019, 12:30 | 1152 dəfə baxılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməlinə görə şübhəli şəxs qismində saxlanıb.

DTX-dən verilən məlumata görə, müəyyən edilib ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb, müntəzəm pul vəsaitləri ödənilməsi şərtilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönələn yazılar yayımlamağa razılaşıb.

P.Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.

İstintaq zamanı P.Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı material əldə edilib, P.Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumat verib. P.Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

P.Aslanov peşəkar jurnalist cameəsində tanınan şəxs deyil. Onunla bağlı məlumatları araşdıranda məlum olur ki, dini çevrələrlə sıx əlaqəsi olub. Maraqlıdır ki, o, iyunun 12-də xanımı ilə birlikdə ölkəni tərk edərək, İrana keçmək istəyərlkən saxlanıb. P.Aslanov hərbi xidmətdən iki ay əvvəl təxris edilib. Onun Naxçıvanda həqiqi hərbi xidmət keçdiyi, ali təhsilli kimi bir il xidmət etdiyi deyilir.

P.Aslanovun həyat yoldaşı mediaya açıqlamasında bildirib ki, gömrükdə saxlanandan sonra evlərində məhkəmənin icazəsi əsasında axtarış aparılıb və bəzi texniki avadanlıqlar götürülüb. P.Aslanovun səhifəsində paylaşdığı materiallardan görünür ki, o tez-tez İranın “Səhər” telekanalının efirində çıxış edib. İran televiziyası onu siyasi analitik kimi cəmiyyətə təqdim edib. DTX-nin yaydığı məlumatda diqqətçəkən məqamlardan biri isə P.Aslanovun bu ağır cinayət əməlinə bəzi jurnalistləri də cəlb etməsidir. Bu detal DTX-nin rəsmi məlumatında açıq şəkildə vurğulanır. Yəqin ki, istintaq çərçivəsində onun hansı jurnalistləri bu əmələ cəlb etdiyi barədə cəmiyyətə məlumat veriləcək. P.Aslanovun səhifəsini araşdırdıqda məlum olur ki, çox dar çərçivədə jurnalistlərlə təmasda olub. Ancaq yayılan məlumatdan bu qənaətə gəlmək olar ki, yaxın zamanlarda P.Aslanovun çevrəsinə aid olan və jurnalist adı ilə pərdələnmiş bəzi şəxslərlə də bağlı ciddi addımlar atılacaq, həmin adamların da məsuliyyətə cəlb ediləcəyi istisna edilmir. Jurnalist adı ilə pərdələnmiş bəzi şəxslərin pul müqabilində Vətənə xəyanət etməsinə meda mənsubları necə yanaşırlar?

Azər Həsrət: “Əminəm ki, aparılacaq geniş araşdırmadan sonra bütün şəbəkə ifşa ediləcək”

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu adda peşəkar jurnalist tanımayıb: “Ola bilər ki, öz çevrəsində tanınır. Amma normal jurnalistika ilə məşğul olanların arasında belə bir adam yoxdur. Biz dəfələrlə deyirik ki, jurnalistika ilə məşğul olanların kimliyi ilə bağlı qəti qərar verilməlidir. Hər yoldan ötənin jurnalistika ilə məşğul ola bilməsinə şəraitin yaradılması doğru deyil. Jurnalistika ilə belə şəkildə məşğul olanların axır-aqibəti bundan artıq olan deyil. Mən P.Aslanovun səhifəsinə göz gəzdirdim. Onunla daim bir yerdə, yaxın olan adamlarla fotolarını gördüm. Dostlarının da adı normal jurnalist fəaliyyətində hallanmayıb. Bu tip adamların Vətənə xəyanətdə ittiham edilməsi bizi heç də təəccübləndirmir. Bu cür adamlar jurnalistikadan vicdansızcasına sui-istifadə edirlər. Bunlar pula hər şeyi satmağa hazır adamlardır. Təbii ki, həmin pulu hansısa ölkənin xüsusi xidmət orqanları təklif edəndə almaqdan imtina etmirlər”.

Ekspertin sözlərinə görə, rəsmi məlumatda bu işə başqa jurnalistlərin də cəlb olunduğuna dair məqamın olması olduqca təəccüblüdür: “Artıq burada şəbəkələşmiş, jurnalist vəsiqəsi arxasında gizlənən böyük bir heyətdən söhbət gedə bilər. Hesab edirəm ki, DTX P.Aslanovla yaxından işbirliyində olanların hamısı ilə bağlı araşdırma aparmalıdır. Çünki bu adamlar bir yerdə oturub-dururlarsa, təbii ki, bir-birinin gördükləri işlərdən də xəbərdardırlar. Ən azı bir-birilə fikir mübadiləsi edirlər. Bu baxımdan da çevrənin dərindən araşdırılması lazımdır. Əminəm ki, aparılacaq geniş araşdırmadan sonra bütün şəbəkə ifşa ediləcək. Biz bir daha görürük ki, bizim reketlik fəaliyyətinə görə qınadığımız adamlar gəlib hətta Vətən xaini belə çıxa bilirlər. Heç kim Azərbaycan dövlətinə qarşı istənilən bir dövlətlə işbirliyi etməməlidir. Bunun adı Vətənə xəyanətdir. Yəqin ki, əlavə şəxslərin də adı cəmiyyətə məlum olacaq.

Bəlkə də DTX onları özü üçün müəyyən edib, sadəcə, istintaq sirri olduğu üçün yaymır. Biz həmişə demişik ki, jurnalistikadan istənilən məsələ ilə bağlı sui-istifadə edən şəxs peşənin müqəddəsliyi ilə yanaşı, həm də dövlətinə xəyanət etməyin bir addımlığında olur. Onunla bağlı olan fotolara baxanda çox aydın bir mənzərə gözümüzün önündə canlanır”.

Məhəmmədəli QƏRİBLİ

Analoq.a
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Maraqlı / #Ölkə / #Araşdırma

Mədət Quliyevdən uğurlu əməliyyat:

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Fətullah Gülən şəbəkəsi Azərbaycanda mobil operatorlara NƏZARƏT EDİRMİŞ

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə / #Kriminal

DTX "Azercell" və "Bakcell"də xüsusi əməliyyat keçirdi - HƏBSLƏR VAR

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının