Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Lənkəran və Lerikdə vətəndaşları qəbul edib



Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyunun 20-də Lənkəranda Astara və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Elə həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Lerikdə vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 42 vətəndaşın müraciəti dinlənilib.Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb olunma, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Analoq.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Lənkəran və Lerikdə vətəndaşları qəbul edibскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi