Bizi izləməyi unutmayın

#Ölkə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ənənəvi qrup toplantısı keçirilib

21-06-2019, 10:00 | 782 dəfə baxılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ənənəvi qrup toplantısı keçirilib.

Qubada keçirilən toplantıda partiya rəhbərliyi və üzvləri iştirak edib. Yığıncaqda partiya sədri Razi Nurullayev çıxış edərək ölkə gündəmindəki mövzuları dəyərləndirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları

AXCP sədri Dağlıq Qarabağ münaqişəsi və nizamlanma prosesində son danışıqlar haqqında məlumat verib. O bildirib ki, Azərbaycanın münaqişəni təkbaşına həll etmək imkanları məhduddur:

“Dağlıq Qarabağ münaqişəsinin həlli siyasi və geopolitik cəhətdən Azərbaycanın imkanı xaricindədir. Azərbaycan ordusu günü sabah işğal olunan torpaqları azad etsin. Lakin kim zəmanət verir ki, bir gün sonra azad olunan torpaqlar xarici və ermənipərəst qüvvələrin köməkliyi ilə geri qaytarılmayacaq? Bəs şəhid olan minlərlə əsgərimizin nəticəsiz yerə axıdılan qanına görə kim cavab verəcək? “Müharibə edək”, “Torpaqlarımızı azad edək” söyləmək asandır, amma hesabat zamanı gələndə kimin yaxasından tutulacaq? “Müharibə edək” və ya “Mən Qarabağı problemini həll edərəm” deyənlər yaxalarını birmənalı olaraq kənara çəkəcəklər. ABŞ, Rusiya, Fransa, Avropa Birliyinin digər ölkələri, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası ermənipərəst mövqe tutacaq. Heç onlar Ermənistanı işğalçı dövlət kimi də tanımayıblar. Bir də unutmaq olmaz ki, müsəlman ölkələri arasında da həmrəylik yoxdur. Hər gün yüzlərlə müsəlman yüzlərlə müsəlmanı qanına qəltan edir. Bir çox müsəlman ölkələri qeyri-demokratik hakimiyyətlərini qorumaq üçün haqqa göz yuman güclü dövlətlərin sözü ilə oturub dururlar. Umduğumuz bir çox ölkələr isə neytral və gözləmə mövqeyi tutacaq. Yalnız Türkiyə və Pakistana ümid edə bilərik. Amma onlar da çətin qərar verməli olacaqlar. Çünki öz problemlər və münaqişələri kifayət qədərdir”.

“Azərbaycan qərar verməkdə sərbəst deyil”

Razi Nurulayev hesab edir ki, Qarabağ münaqişəsi və digər ümummilli məsələlərdə müxalifət konstruktiv mövqedən çıxış etməlidir:

“Bu baxımdan, hakimiyyətin üstünə getmək lazım deyil. YAP hakimiyyətini, Prezident İlham Əliyevi sosial məsələlərin hələ də həllini tapmamasında, məmurların xalqı incitməsində, müxalifətlə normal münasibət saxlamamaqda, çox insanların gələcəyə ümidsiz olmasında qınamaq olar, amma Dağlıq Qarabağ münaqişəsini həll edə bilməməkdə yox. Azərbaycanda bunu 100 faiz həll edə biləcək qüvvə yoxdur. Bilmək lazımdır ki, Azərbaycan qərar verməkdə sərbəst deyil”.

İmkansız ailələr, porblemli insanlar və məmur laqeydliyi

AXCP sədri ölkə əhalisinin sosial-iqtisadi problemlərindən də danışıb. Onun sözlərinə görə, ölkəmizin ən ağır problemlərindən biri imkansız ailələrin sayının günü-gündən çoxalmasıdır:

“Hər gün yüzlərlə ailə Heydər Əliyev Fonduna kömək üçün üz tutur. Yüzlərlə ailə məktub göndərir, yüzlərlə ailə sosial şəbəkələr vasitəsilə Fonda, Birinci xanıma və Prezidentə müraciət edir. Sosial şəbəkəni açırsan, ancaq dərdli, kədərli, problemli insanlar, ağlayıb kömək istəyən vətəndaşları, məmur özbaşınalığından əziyyət çəkən şikayətçiləri görürsən. Belə təsəvvür yaranır ki, bütün ölkə dərd və qəm içindədir, sanki ölkə acından qırılır. Bir bunu hökumət özünə sual versin ki, bu qədər problem haradan yaranıb və yaranmaqda davam edir? Niyə problemli və kasıb insanların sayı günü-gündən artmaqdadır? Məgər hökumət görmür ki, dövlət idarələrinə şikayətçilər dəstə-dəstə gəlirlər?”

“Səhiyyə Nazirliyi ləğv edilməlidir”

AXCP sədri hesab edir ki, xalqı narazı salan məmurlar ciddi şəkildə cəzalandırılmalıdır:

“Birincisi, vəzifəsinin öhdəsindən gələ bilməyən və vəzifə borcunu doğru-dürüst yerinə yetirə bilməyən vəzifəli şəxslər məhşər ayağına çəkilməli və qanunun ən sərt tədbiri ilə cəzalandırlmalıdır. Nazir, icra başçısı, nazir müavini, komitə sədri kimdir? Siz kimsiniz ki, özünüzü qaldırıb dağın başına qoymusunuz? Sizin nə dünyagörüşünüz, nə savadınız və hansı xidmətləriniz var ki, vətəndaşa yuxarıdan aşağı baxasınız? Siz kimsiniz ki, vətəndaşı qəbul etməkdən imtina edəsiniz? Siz kimsiniz ki, dövlət büdcəsini oğurlayıb özünüzə sərvət yığasınız? Qorxmursunuz ki, bir gün etdiklərinizə görə cavab verməli olacaqsınız? Xalqı bu dövlətdən, bu məmləkətdən narazı salmayın. Onun qəzəbindən qorxmaq lazımdır, mütləq şəkildə qorxmaq lazımdır.

İkincisi, bütün problemli ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin, əlilliyi olan şəxslərin tam siyahısını hazırlayıb, dövlət hesabına onların problemlərini birdəfəlik həll etmək vacibdir. Minlərlə xəstə insan var ki, imkansızılıq ucbatından ölümlə üz-üzədir. Çox vətəndaş da xəstəsinə görə kömək istəyir. Bizdə isə səhiyyə sözdə pulsuz, dövlət hesabına, əməldə isə pulludur. Dövlət hesabına xəstələrə verilən tibbi dərmanlar, ləvazimatlar apteklərdə satılır və məlum adamların cibinə gedir. Yalnız bir Səhiyyə Nazirliyi kifayət edir ki, hər bir ailədə narazı insanlar yetişsin. Səhiyyə Nazirliyi ləğv edilməlidir. Bu lazımsız qurum vətəndaşları boğaza yığıb!”

R.Nurullayev xaricdə yaşayan azərbaycanlı zənginləri ölkə əhalisinin problemlərinə laqeyd qalmamağa çağırıb:

“Fəxr edirik ki, dünyanın müxtəlif ölkələrində yaşayan milyoner və milyarderlərimiz var. Məyus oluruq ki, heç də onların əksəriyyəti doğulduqları və ya tarixi vətənlərinə dəstək olmurlar. Yalnız Mübariz Mənsimov, Füzuli Məmmədov və Fərhad Əhmədovun adını çəkmək olar ki, onlar həm sərmayə qoyublar, həm də soydaşlarına yardım ediblər. Onların xidməti unudulmur və unudulmayacaq. Onlara çox sağ olun deyirik. Ola bilsin ki, digərləri də var, lakin bu barədə ya mən məlumatsızam, ya da özləri ictimailəşdirməyiblər.

Axı milyonu, milyardı olan həmvətənimiz niyə ölkəsini unudur, niyə sərmayə yatırmır? Bu sual məni həmişə çox düşündürüb və narahat edib. Bir milyarderin 10-15 milyonu öz ölkəsində xeyriyyəçiliyə sərf edilsə, kasıbmı düşəcək?

Çox düşündüm və qərara gəldim ki, ancaq iki səbəb ola bilər. Birincisi, onlar üçün vətən, torpaq, soydaş mənasız şeylərdir. Onlar üçün bütün dəyər puldur, onu daha da çoxaltmaq və çoxaltmaq, sandığa yığıb saxlamaq. Kimə qismət olar, olar… İkincisi və daha çox inandığım isə budur. Onlar bilərəkdən Azərbaycana sərmayə qoymurlar, qoyanda isə beynəlxalq müqavilələr çərçivəsində qoyurlar, xeyriyyəçiliyi də acıqlarından etmirlər. Yəqin onlar da bizim kimi oxuyur və şahid olur ki, hər nazir işdən çıxanda, bir icra başçısı azad olunanda arxasınca obyektlərinin siyahısı, milyon və milyardlarının sayı göstərilir. O isə əlini-qolunu sallayıb gəzir, kef edir, hərdən də kiməsə “kəllə atır”. Belə olan halda, o milyoner, milyarder düşünür ki, mən niyə qazandığım pulu ora yatırmalıyam, kiməsə də yardım etməliyəm? O yardıma ehtiyacı olan insana cavabdeh milyardları oğurlayıb xaricə çıxarıb, dövlətin pulu ilə özünə milyonluq və milyardlıq biznes qurub, xalqa çatası pulu mənimsəyib, indi məni qınayacaqlar ki, sən niyə qazandığın pulları kimlərəsə yedirtmirsən? Elə bilirəm ki, hər şeyi aydın dedim və uzun danışmağa ehtiyac yoxdur”.

AXCP sədri siyasi qüvvələri birliyə və əməkdaşlığa dəvət edib:

“Biz Azərbaycanda güc mərkəzinin formalaşmasını müxalifətin birliyində və inteqrasiyasında görürük. Biz bu inkişafı siyasi səmimiyyətdə və lazımsız eqoların kənara qoyulmasında görürük. Təbii ki, “Yurd” sədri Əli Kərimli ilə bir yerdə ola bilmərik və onunla heç kim bir yerdə olmaq istəmir. Çünki o, müxalifətə münasibətdə, səmimiyyətdə sabitqədəm siyasətçi deyil. Lider siyasətçi ordu generalı kimidir. Nə zaman hücuma keçməyi, nə zaman gözləmə mövqeyi tutmağı, nə zaman da geri çəkilməyi bilməli, hiss etməlidir. Bu siyasətçidə bu bacarıqlar yoxdur. O, ancaq bəlağətli danışmağı, tənqiq yağdırmağı və uduzmağı bilir. 30 ildir ki, sən özünü ordu generalı hesab edirsən, hər zaman da ordunu qırğına verib özün salamat qalırsan. Daha bu nə generallıq oldu, heç gizirliyə də yaramır”.

“İsa Qəmbərlə birgə hərəkət edə və nəticəyə nail ola bilərik”

Raz Nurullayevin fikrincə, sağlam qüvvələrin birliyi vacibdir:

“Mütləq şəkildə sağlam qüvvələrin birliyi lazımdır. Bu qüvvələr içində öndə gedənlərdən biri kimi Müsavat Partiyasını görürəm. Biz hörmətli İsa Qəmbərlə bir yerdə hərəkət edə və nəticəyə nail ola bilərik. Çünki İsa Qəmbərdə siyasətçi təfəkkürü var. Çox istərdik ki, yeni birliklər tez dağılan və təlatümlərlə, narazılıqlarla dolu birlik olmasın. Elə birlik olsun ki, sağlam müzakirələr və nəticələrə əsaslanan addımlar atsın, xalqın inamını bərpa etsin”.

Toplantıda AXCP sədrinin müavini Tural İrfan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəy haqqında çıxış edib, onun müstəqillik uğrunda apardığı mübarizədən, dövlət başçısı kimi fəaliyyətindən danışıb.

Analoq.az








скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Gündəm

AXCP Rəsulzadənin heykəlini ziyarət etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

AXCP sədri Razi Nurullayev AzTV-nin efirində - FOTO

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət / #Ölkə

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının