Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində iyul çağırışına hazırlıqla bağlı xidməti müşavirə keçirilib



Analoq.az xəbər verir ki, iyunun 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar qurumun müvafiq strukturlarının, yerli idarə, şöbə və bölmələrinin rəislərinin, rayon hərbi həkim komissiyaları sədrlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra əsası qoyulmuş müasir dövlətçilik strategiyasının tərkib hissəsi olan hərb quruculuğu siyasəti, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq müvəffəqiyyətlə həyata keçirilir.

Görülmüş işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli orduları sırasındadır.

Müşavirədə SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xid¬mət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərə diqqət çəkib.

Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi ilə əlaqədar iyul ayı ərzində çağırış prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə, çağırışçıların tibbi müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq iş aparılmasına dair tapşırıqlarını verib.

Xidmət rəisi vəyəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə¬qiqi hərbi xid¬mətə çağırılması, gənclərin hərbi vətənpərvərik ruhunda tərbiyə olun¬ma-sı istiqamətində həyata keçirilmiş işləri və qarşıda duran vəzifələri bir daha xüsusi vurğulayıb.

General-leytenant Arzu Rəhimov vətəndaşların qə¬bulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və tövsiyələrinə uyğun davam etdirilməsi ilə bağlı göstərişlərini çatdırıb.

Xidmət rəisi bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş çatışmazlıqların təhlil edilərək aradan qaldırılmalı, gələcəkdə təkrarlanmamalı və əməkdaşlar etik davranış qaydalarına ciddi əməl etməlidirlər.

Müşavirəyə dəvət olunmuş Müdafiə Nazirliyi Tibb Xidməti baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev son illərdə SHXÇDX tərəfindən Silahlı Qüvvələrin sağlam gənclərlə komplektləşdirilməsi işində əldə edilən uğurlara diqqət çəkib.

Bu sahədə daha mükəmməl nəticələr əldə etmək üçün birgə əməkdaşlığın perspektivlərinə dair fikirlərini bölüşüb.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov SHXÇDX tərəfindən qarşıdakı dövrdə görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə danışıb.

Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə SHXÇDX-nin hərbi qulluqçularının aylıq pul təminatının, həmçinin mülki işçilərin vəzifə maaşlarının artırılmasının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə olduğunu vurğulayıb.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bərdə rayon şöbəsinin rəisi tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Qeyd edək ki, SHXÇDX-nin Daxili təhqiqat şöbəsinin rəisi, polkovnik Həsrət İsmayılov həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə müvafiq əmrlə Xidmətdən tərxis olunub.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltiflər, həmçinin növbəti və vaxtından əvvəl hərbi rütbələr təqdim edilib

Analoq.az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində iyul çağırışına hazırlıqla bağlı xidməti müşavirə keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində iyul çağırışına hazırlıqla bağlı xidməti müşavirə keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində iyul çağırışına hazırlıqla bağlı xidməti müşavirə keçirilibскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi