Millət vəkili Azərbaycan polisini peşə bayramı günü münasibətiylə təbrik etdi



Milli Məclisin deputatı Nəsib Məhəməliyev 2 iyul Azərbaycan polisinin peşə bayramı münasibətiylə facebook sosial şəbəkəsində polisləri təbrik edib.Analoq.az millət vəkilininin statusunu olduğu kimi təqdim edir:

Hörmətli dostlar, hörmətli həmvətənlər bu gün Azərbaycan Polisi peşə bayramını qeyd edir. Bayram təbriklərinə qoşularaq hörmətli Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazov başda olmaqla Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edirəm.

Müstəqilliyimizin bərpasının ilk illərində, milli ordunun hələ tam formalaşmadığı dövrdə, Azərbaycan polisi öz əsas funksiyasından əlavə ərazi bütövlüyümüzün müdafiəsi uğrunda mənfur erməni işğalçılarına qarşı mübarizənin əsas yükünü öz üzərinə götürməklə, sıralarından minlərlə şəhid verməklə çox şərəfli bir yol keçmişdir.

Çox da keçmişdə olmayan həmin dövrün canlı şahidi, hadisələrin müşahidəçisi kimi Azərbaycan Polisinin bu qəhrəmanlıqlarla dolu fəaliyyətinin, xalqımızda bu dövlət qurumuna, onun əməkdaşlarına böyük sevgi hissi yaratdığını vurğulamaya bilmərəm.

Böyük oyunçuların və onların ölkə daxilindəki havadarlarının yaratdığı siyasi çəkişmələrin, hakimiyyət dəyişikliklərinin baş verdiyi sonrakı dövrlərdə və hazırda Azərbaycan Polisi ictimai asayişin mühafizəsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili ilə bağlı özünəməxsus əsas funksiyasını layiqincə yerinə yetirmiş və bu fəaliyyəti hazırda da davam etdirməkdədir.

Bir daha bütün polis işçilərini bayram münasibətilə təbrik edir, şərəfli, eyni zamanda çox çətin olan peşə fəaliyyətlərində onların hər birinə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi