Bəxtiyar Əsgərov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb



Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Dr.Volfqanq Maniqlə görüşüb.Görüşdə iki ölkə arasındakı mövcud siyasi-iqtisadi münasibətlər,Naxçıvan Muxtar Respublikası ilə qurulmuş əlaqələrin inkişafı,muxtar respublika ilə iqtisadi sahədə yeni əməkdaşlıq layihələri,qarşılıqlı rəsmi səfərlər və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.Almaniyanın ölkəmizdəki Səfirliyinin 1-ci Katibi cənab Andreas Holt görüşdə iştirak edib.

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi