Yüksək bal toplayan 5 qaçqın tələbəyə təqaüd veriləcək



Qərbi Azərbaycan İcmasının
Mətbuat Xidmətindən Analoq.az-a verilən məlumata görə Qərbi Azərbaycan İcması və Azərbaycan Qaçqınlar Cəmiyyəti 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı ən yüksək bal toplamış 5 nəfər Qərbi Azərbaycan qaçqın övladının hər birinə birinci semestr ərzində (5 ay) ayda 100 manat məbləğində təqaüd vermək barədə qərar qəbul etmişdir.

Bu ənənənin hər il davam etdirilməsi və növbəti illərdə daha çox qaçqın tələbəyə şamil edilməsi nəzərdə tutulmuşdur.

Əsas şərt: tələbənin hər iki valideyni qaçqın olmalıdır.

İddialılar sentyabr ayının 1-dən 30-dək müvafiq (valideynlərinin qaçqınlığını və özlərinin topladığı balı təsdiq edən) sənədlərlə Qərbi Azərbaycan İcmasının müvafiq kənd icma sədrlərinə müraciət edə bilərlər.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi