İcra başçısının göndərdiyi bayram sovqatı yararsız və iylənmiş ətdir-Şəhid ailəsi müraciət ünvanladı



Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Qurban bayramında şəhid ailəsinə keyfiyyətsiz ət göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan videoda şəhid ailəsi bildirib.

Videoda qeyd olunur ki, bayram sovqatı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan şəhid ailəsinə göndərilib. Ancaq Qurban payı vaxtı keçmiş və iylənmiş ət olub.



Şəhid ailəsi onlara göstərilən bu cür hörmətsizliyə görə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət edib:

"Mən icra başçısından xahiş edirəm ki, bu faktlara baxıb araşdırsın və lazımı tədbirlər görsün Araşdırıb öyrənsin ki, şəhid ailəsinə iylənmiş ət və digər bayram paylarını göndərənlər kimlərdir. Onun özüdür, yoxsa başqaları!".

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi