Prezident İlham Əliyev Əli Əsədovun namizədliyini baş nazir postuna irəli sürdü



Prezident İlham Əliyev yeni baş nazirin namizədliyini Milli Məclisə göndərib. Həmin namizəd prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovdur.

Bu məsələ rəsmi olaraq Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib. Xatırladaq ki, baş nazir Novruz Məmmədov bu gün istefa verib.

***

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

Eurasia Diary-nin xəbərinə görə, bu barədə Milli Məclisin açıqladığı gündəlikdə bildirilib.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun bu gün istefa verəcəyi gözlənilir. N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.

Qeyd edək ki, Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisidir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi