"Qarabağ Azərbaycanındır şüarı altında ümumrespublika yürüşü keçirilməlidir"-MİLLƏT VƏKİLİ



Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakı, nüfuzli auditoriya qarşısında söylədiyi yüksək səviyyəli nitqi, Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi səmərəli görüşlər təkcə dövlətimizin gücünü, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafının mühüm göstəricisi kimi deyil, eyni zamanda işğal olunan torpaqların azad edilməsində dövlətimiz və Prezidentimizin prinsipial mövqeyinin və sarsılmaz iradəsinin nümayişi oldu.Analoq.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı deyib.

O, qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın məlum sərsəm ifadəsinə Azərbaycan prezidentinin “Qarabağ Azərbaycandır və nida işarəsi” kimi sarsıdıcı, qətiyyətli və səfərbəredici cavabı ölkəmizdə böyük ruh yüksəkliyi, düşmən ölkədə isə dərin və ağır məyusluq yaratmaqdadır.

“Prezidentimiz olduqca əhəmiyyətli məkanda və auditoriyada tarixi həqiqətləri və Azərbaycan xalqının iradəsini əks etdirən dörd sözlük qətiyyətli mövqeyi həm Dağlıq Qarabağ problemini alver vasitəsinə çevirməyə çalışan siyasi dəllallara tutarlı cavab, həm də işğalçı Ermənistana və onu himayə edənlərə ciddi və son xəbərdarlığı kimi dəyərləndirilməlidir.

Təklif edirəm ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri yazılmış plakatlar şəhərlərimizdə, rayon mərkəzlərində, bütün kənd və qəsəbələrdə, hərbi hissələrdə, idman meydançalarında, magistral yollarda asılmalı və bu şüar altında ümumrespublika yürüşü keçirilməlidir”-deyə, millət vəkili sözlərinə əlavə edib.etikxeber.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi