Xalq artistinin ailəsində miras qalmaqalı – Prezidentə müraciət edildi




Xalq artisti Əlixan Səmədovun bacısı Nargilə Səmədova ölkə prezidenti İlham Əliyevə müraciət edib.
Sumqayıt şəhər sakini N. Səmədova Yenisabah.az-a bildirib ki, öıkədə bəzi hakimlər prezidentin başlatdığı islahatlar kampaniyasını sabotaj edir. O, deyir ki, anası Sifera Səmədova 2014-cü ildə 4 yaşlı oğlu Sahib Əsgərovu övladlığa götürmək üçün məhkəməyə müraciət edib. Sumqayıt Şəhər Məhkəməsi Sifera Səmədovanın ərizəsini təmin edib.

Bundan sonra Sifera Səmədova evinin övladlığa götürdüyü Sahib Əsgərovun mülkiyyətinə verilməsi barədə vəsiyyətnamə yazıb. 2018-ci ildə Sifera Səmədova dünyasını dəyişib. Onun ölümündən sonra Nargilə Səmədovanın böyük qardaşı Rasimxan Səmədov Apellyasiya Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin qərarının ləğvini xahiş edib.

O iddia edib ki, anası Sahib Əsgərovu oğulluğa götürəndə və vəsiyyətnamə yazanda anlaqsız vəziyyətdə olub. “O anamın insult keçirməsi faktından istifadə edərək qərarın ləğvini xahiş edib. Halbuki anam həm övladlığa götürmək, həm də vəsiyyətnamə məsələsində anlaqlı vəziyyətdə olub. Bunu ailəmizin digər üzvləri, yəni qardaş və bacılarım da təsdiq edə bilər. Digər tərəfdən, əgər anam bütün bunları anlaqsız vəziyyətdə etmişdisə, nə üçün o sağ ikən məhkəməyə müraciət etmirdi? Elə həmin vaxt məhkəməyə müraciət edib bunun qarşısını ala bilməzdi?

Etməyib, ona görə ki, anamın anlaqlı vəziyyətdə olduğunu bilir. Onu da bilir ki, əgər anam sağ vaxtı məhkəmədə iddia qaldırsaydı, onun özünü ödladlıqdan çıxarardı. Başqa bir fakt. Anam oğlumu 2014-cü ilin fevralında övladlığına götürüb, həmin ilin sentyabrında isə qızımın toyunda iştirak edib. Videogörüntülər də var. Gəlib baxsınlar və görsünlər ki, iflic, anlaqsız vəziyyətdə olub ya yox”, -deyə Nargilə Səmədova bildirib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinin hakimi Fuad Məmmədov qardaşının iddiasını təmin edib. Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Biz Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindəyik. Diqqətinizə çatdırım ki, qardaşım paralel olaraq vəsiyyətnamənin ləğvi barədə də iddia qaldırıb. Bütün prosesləri isə hakimlərlə “anlaşaraq” udub. Hələ ki, bu qanunsuzluğa “dur” deyən yoxdur. Amma ümid edirik ki, Konstitusiya Məhkəməsi bu ədalətsizliyə son qoyacaq”, - deyə Nargilə Səmədova vurğulayıb.

O, həmçinin qeyd edib ki, qardaşı mülk davasında övladlıqla bağlı sirri də pozub. “Həm bu qanunsuzluğuna görə, həm də məni təqhir və təhdid etdiyinə görə hüquq-mühafizə orqanlarına müraciət etmişəm” deyən şikayətçi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət edib:

“Cənab Prezidentdən və Mehriban xanımdan xahiş edirəm ki, hakimlərin bu qanunsuzluğu ilə bağlı tədbir görsünlər. Mənim övladım talassemiya xəstəsidir, bilmirəm onun müalicəsi ilə məşğul olum, yoxsa məhkəmlərə gedim. Belə haqsızlığı Allah da götürməz. Mülk davası edən qardaşımla böyük bacım istinsna olmaqla digir qardaş və bacılarım hamısı bilir ki, haqq-ədalət mənim tərəfimdədir. Amma hakimlər hansısa şirnikləndirici təkliflərin müqabilində ədalətsizliyə imza atırlar”.

Bildirək ki, Nargilə Səmədova xalq artisti Əlixan Səmədovun bacısıdır.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi