Həbs olunan icra başçısının oğlu işdən ÇIXARILDI




Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.


Bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.



O, bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o tutduğu vəzifədən azad olunub.



Qeyd edək ki, Ramal Quliyev Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq vəzifəsində çalışırdı.



Xatırladaq ki, Nizaməddin Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunub.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi