Putin aztəminatlı ailələrin problemlərinə toxunub :" Bu cür ailələrə əlavə müavinət verilməlidir "




Rusiya prezidenti Vladimir Putin ölkədə 3 yaşdan 7 yaşadək olan hər bir uşağa aylıq pul ödənilməsini təklif edib. Azpost.info bildirir ki, bu barədə Putin Federal Məclisə illik müraciətində çıxışı zamanı bəyan edib. O bu məbləğin 1 yanvar 2020-ci ildən verilməsini vacib sayıb.

Prezident az gəliri olan ailələrin problemlərinə toxunub. Onun sözlərinə görə, əgər gəlirlər aşağıdırsa o zaman ailə birinici və ikinci uşağa görə, əlavə müavinət almalıdır. Bu ortalama 11 min rubl təşkil edir.

Putin deyib ki, Rusiyada azgəlirli ailələrin 80 faizi uşaqlı ailələrdir: “Bizim demoqrafik gələcəyimizə böyük təhlükə yaradan kəskin problem ailələrin aşağı gəlirləridir. Çox vaxt hər iki valideyn işləsə də qazancları çox aşağı olur” –deyə Putin bildirib.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi