ƏSAS SƏHİFƏ Sosial Tanınmış şair dezinfeksiyayla bağlı iradını bildirdi-"Bu dezinfeksiya Pirşağıya, Badamdara da aiddir?"

Tanınmış şair dezinfeksiyayla bağlı iradını bildirdi-"Bu dezinfeksiya Pirşağıya, Badamdara da aiddir?"

Tanınmış şair, ədəbiyyatşünas alim, professor Vüqar Əhməd şəxsi "Facebook" səhifəsində Sabunçu rayonu Pirşağa qəsbəsində yolların bərbad gündə olması, eyni zamanda dezinfeksiya işlərinin aparılmaması ilə bağlı status paylaşıb .

Professor statusunda həmçinin apteklərdə maska və spirt qıtlığından, Badamdar qəsəbəsinin yollarının baxımsız vəziyyətdə olduğundan da bəhs edib.

Analoq.az Vüqar Əhmədin yazdığı statusu olduğu kimi təqdim edir:

"Bu dezinfeksiya Pirşağıya, Badamdara da aiddir? Pirşağıda "Delfin"ə gedən yol, avtobusların marşrut XƏTTİNİN dərələri yağış suyu ilə doludur. Asvalt sovet dövrü verilib. Prezident Pirşağıya stansiya açmağa gələndə onun keçdiyi yolları qırladılar.

Sabunçunu telekanallar yalandan tərifləyir. Badamdarda qaldığımız evin yolu "qruntovoy" dur. Dezinfeksiya eləyən yoxdur. Maska bu gün 2 ədəd güclə tapmışam.

Baş Nazir icra başçılarına təpinib bu gün.Yəqin nəticəsi olar.

Cənab prezident nə lazımdırsa edir. Polislərimizə də eşq olsun, tibb işçilərinə də. "Evdəqal"a əməl edək. Allah bəşəriyyəti, o cümlədən, millətimizi qorusun! AMİN!!!"

Analoq.az

Tanınmış şair dezinfeksiyayla bağlı iradını bildirdi-"Bu dezinfeksiya Pirşağıya, Badamdara da aiddir?"
Tanınmış şair dezinfeksiyayla bağlı iradını bildirdi-"Bu dezinfeksiya Pirşağıya, Badamdara da aiddir?"
Tanınmış şair dezinfeksiyayla bağlı iradını bildirdi-"Bu dezinfeksiya Pirşağıya, Badamdara da aiddir?"
Tanınmış şair dezinfeksiyayla bağlı iradını bildirdi-"Bu dezinfeksiya Pirşağıya, Badamdara da aiddir?"
Tanınmış şair dezinfeksiyayla bağlı iradını bildirdi-"Bu dezinfeksiya Pirşağıya, Badamdara da aiddir?"скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu