Tovuzda su problemi faciəvi vəziyyətə çatıb



Tovuz rayonunda yaranan su problemi ilə bağlı Analoq.az-a məlumat verən "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, tanınmış jurnalist Elçin Bayramlı verib.

Jurnalist qeyd edib ki, Tovuzda su problemi faciəvi vəziyyətə çatıb. Şəhərin Xaqani küçəsində yerləşən binalara Azərsu 25 ildi su vermir. İki beşmərtəbəli binanın sakinləri öz hesablarına balaca bir artezian qazdırıb o da az su verir hətfədə bir dəfə su vurulur hamı evdəki bakını doldurur o da 2-3 günə çatmır heç, ona görə də bəziləri 500-1000 manat kreditə girib özünə əlavə bak alıb düzüb blokların qabağına. Şəkildə binanın qabağında düzülmüş bakları görürsünüz bir xeylisi də dama qoyulub.
Bu da köhnə binalar üçün əlavə ağırlıq və qəza təhlükəsi yaradır. Əgər bu binalardan hansısa uçsa bu faciənin məsuliyyəti binalara su verməyən aidiyyatı orqanların üzərində qalacaq.

Şəhər su xəttindən bu binalara bircə damcı da su verilmir. Halbuki son 15 ildə rayonun içməli su probleminin həllinə milyonlarla pul ayrılıb.

Su ilə bağlı keçən dəfəki çıxışlarımdan sonra bu pulların necə xərcləndiyi haqda mənə mötəbər mənbələrdən çox maraqlı məlumatlar verilib yaxın günlərdə bu haqda geniş və detallı araşdırma hazırlayıb mətbuat və televiziyada ictimailəşdirəcəm. Məsələ təkcə Tovuzla da bitmir respublika səviyyəsində su təchizatı və satışındakı ciddi pozuntular ilə bağlı çox maraqlı faktlar əldə etmişəm.

Qeyd edim ki 5-6 gündür Tovuz şəhərində anamgilin evində qalıram bu istinin günündə hələ çimə bilməmişəm çünki su o qədər azdır ki tuja çıxmır məcbur gedib qohum evində çimirəm.

Şəkildə gördüyünüz bizim hamamdır qablardan ayaq qoymağa yer yoxdur. Çünki hamamdakı 500 litrlik bak 2 günə qurtarır ona görə bu qabları da doldururlar. Yaşlı qoca xəstə adamlar uzaqdan vedrələrlə su daşıyır 5-ci mərtəbəyə. Kiminsə bir neçə günlük qonağı gələndə su maşını ilə su gətirdir. Hələ 13-14 il qabaq mən Tovuz televiziyasında işləyəndə Zəyəmçaydan su kəmərinin çəkilişi başa çatmaq üzrəydi və şəhərin su ehtiyacının tam ödəniləcəyini deyirdilər.

13 ildə nəinki problem həll olunmayıb əksinə vəziyyət daha da pisləşib. Bu Azərsu üçün tam rüsvayçılıqdır. Hansı ki Azərsu dövlət büdcəsindən ən çox vəsait ayrılan və büdcəyə ən az pul ödəyən, üstəlik ən çox xarici borcu olan təşkilatdır.

Bu qədər nəhəng vəsaitlərin xərclənməsi müqabilində su problemi aradan qalxmaq əvəzinə getdikcə ağırlaşır. Hələ mən kəndllərdə su çatışmazlığından əkin biçinin yanması və əhalinin suyu maşınlarla almasını demirəm. Bütün bu məsələlər mətbuata göndərəcəyim araşdırmada ətraflı işıqlandırılacaq. Milyonların milyardların hara xərcləndiyini biləcəyik.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi