Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir



Tanınmış jurnalist "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, tanınmış jurnalist Elçin Bayramlı
Analoq.az-a Xızı rayonu , Yeni Yaşma kəndinin sakinləri tərəfindən müraciət və qarşılaşdıqları problemlə bağlı sənədləri yollayıb.Analoq.az həmin şikayəti olduğu kimi təqdim edir :

Bu günlərdə şəxsi elektron poçtuma Xızı rayonu Yeni Yaşma kəndinin sakinləri tərəfindən müraciət və qarşılaşdıqları problemlə bağlı sənədlər daxil olub. Həmin müraciəti və sənədlərin fotolarını heç bir şərh vermədən olduğu kimi təqdim edirəm.
Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir
“Salam Elçin müəllim. Bizim kənd sakinləri adından sizə müraciətimiz var. Probemlə bağlı yazı 3 xəbər saytında gedib, lakin Azərsu ASC üçün görünür mətbuat elə də əhəmiyyət kəsb etmir.

Xızı rayonunun 300-dən ev evdən, 500-dən artıq ailədən, 2500 nəfərdən artlq sakindən ibarət Yeni Yaşma kəndinin kanalizasiya problemi 30 ildir davam edir. Amma 30 ildir Azərsu ASC bu problem həll etmir. Sadəcə, «bu problemin yaxın gələcəkdə həlli dövlət proqramında nəzərdə tutulub» deyə rəsmi cavab verirlər. Nəticədə vəziyyət dözülməz həddə çatıb. Nəhayət bu təşkilat real hərəkət etməlidir.

Bu, sakinlərin Xızı rayon icra hakimiyyəti başçısının ərazi inzibati dairə üzrə nüməyəndəsinə müraciətidir. (FOTO-1)
Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir

İkinci fotodakı sənəd nümayəndənin cavabıdir. (FOTO-2)
Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir
Nümayəndədən soruşduq ki, “siz çox güman ki, aidiyyati orqan olmadıgınız üçün cavabı Azərsu ilə məsləhətləşmisiniz, yəni, cavabınız Azərsu-nun mövqeyidir?» Nümayəndə- “bəli, mən cavabı Azərsu ilə məsləhətləşib yazmışam” deyə cavab verdi”.

Bu isə kənd sakinlərinin Azərsu ASC-nin sədri Qorxmaz Hüseynova olan müraciətidir. (FOTO-3)
Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir
İndi isə cavabla tanış olun. (FOTO-4)Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir

İlk qaranlıq məqam burdan başlayır- müraciətin məzmunu, motivi, kanalizasiya xəttinin olmaması, suyunuz çəkilir, filan yerdən gələcək cavabı.

Bu isə bizim Xızı rayon İcra Hakimiyyətinə müraciətimiz (FOTO-5)
Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir

Bu isə Xızı rayon İcra Hakimiyyətinin cavabıdır (FOTO-6)
Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir

Bu isə kənd sakinlərin problemlə bağlı müfaviq orqanlara ünvanlanan müraciətə qoyulan imzaları (FOTO-7-8-9)
Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmirYeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir
Yeni Yaşmanın 30 ildir həll olunmayan kanalizasiya problemi-Azərsu hələ də problemi həll etmir

16-07-2019-cu il tarixdə müraciəti İcra hakimiyyəti başçısı Xəzər Aslanova şəxsən təqdim etmək istəyəndə “ümumi şöbəyə təqdim edərsən” dedi, mən də qəbulda təqdim etdim. Qəbul edən RİH-dən ümumi şöbə A. Haqverdiyev idi.

Qeyd edim ki, bu problemin həll olunmaması nəticəsində antisanitariya baş alıb gedir, kəndimiz mikrob, virus mənbəyinə çevrilir, yoluxucu xəstəliklərin yayılması ehtimalı güclənir, sakinlərə maddi ziyan dəyir, ekoloji vəziyyəti gərginləşdirir.

Əlavə də bir məlumat verim ki, biz çirkabın təmizlənməsi üçün həmişə 50-60 manat aralığında pul ödəyirdik, indi bunun üçün 100 manat tələb edirlər.

Bələdiyyə sədrinə müraciət etdik, cavabı belə oldu- “Mən gəlib çəkməliyəm kanalizasiyanı?

Kənd icra nümayəndəsinə deyirəm, cavab verir ki, “Çək vur həyətinə (?!)”.

Həyət bərbad gündədir, yəni, çox üzr istəyirəm bunu belə açıq yazmağa məcbur olduğum üçün, adam bilmir tualetdən necə istifadə etsin…

Az qalib, 2-3 günə problem aradan qaldırılmasa, kanalizasiya həyətimizə və qonşunun həyətinə axacaq.

Ümüd sonda ölür deyirlər, sizin problemi işıqlandırmanızdan sonra ümüd edirəm reaksiya olacaq və problem həll ediləcək.

Sonda qeyd edim ki, bu problemi qaldıranlara qarşı məmurun təhqirinin, kənd icra nümayəndəsinin təhdidinin və s. qeyri-etik hərəkətlərinin fotoları və video materialı var, onları da sizə göndərəcəm”.

Şikayətçilər adından mənə müraciəti və sənədləri göndərən xanım kanalizasiya basmış kənddə yaranmış vəziyyətlə bağlı fotoları göndərməyə utandığını dedi. Ortaya çıxan üfunəti isə nə foto nə video göstərə bilər, bu dəhşəti gərək gəlib yerəndə görəsən- deyə kənd sakini yazır.

30 ildir kiçik bir problemi həll etməyən, 2500-dən artıq insanı çirkab, kanalizasiya, antisanitariya, mikrob içində yaşamağa məcbur edən Azərsu ASC və Xızı rayon rəhbərliyi bu materialdan sonra yəqin ki, bir az utanar və öz vəzifələrini xatırlayarlar. Yoxsa, biz onlardan soruşarıq ki, bu problemlərin həlli üçün dövlət büdcəsindən ayrılan milyonlar hara xərclənir?

Elçin Bayramlı

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi