İbrahimin olmayan qarmonunun naləsi



Bu gün bir anlıq mənə elə gəldi ki, bu günə qədər yazılanlar, valideynlərimizin bizə öyrətdikləri, göndərilən müqəddəs kitablar, ibadət elədiyimiz Allah, dinlər,yüz iyirimi dörd min peyğəmbər və digər mövcud olanların hamısı yalandır.

Yəni valideynlərimiz bizə yalandan öyrədib ki, özündən böyüyə, hörmət elə, ayaq altında çörək görəndə qaldır və sair və ilaxır.

Peyğəmbərimiz də buyurur ki, zalım da olsa, məzlum da olsa, mömin qardaşına kömək et. Anladım ki, bu surələr, ayələr real həyatımızda elə də əhəmiyyət kəsb etmir.

Bu surə və ayələrin, ən əsası Qurani-Kərimin bizə təsiri ona görə yoxdur ki, biz müqəddəs olan heç nəyə və heç kimə hörmət etmirik. Namaz qılmağı da Allaha ibadət etməyi də Allahla hər hansı bir şərt altında edirik. Məsələn, bəzi insanlar var ki, namaz qılmağı, ibadət etməyi hər hansısa bir işinin alınması üçün qarşılıq olaraq edir. Və səcdə edəndə də ancaq - ya Rəbb, filan işimi səhmana sal – umacağı ilə düşünür. İşləri düzələndə, cibi pul tanıyanda artıq ibadət də, Allah da yadından çıxır. Heç kim bu cümlələrimdən inciyib lütfən üzərimə gəlməsin. Gördüklərim yazdıqlarımla vəhdət təşkil edir. Bu arada, yaşım da az deyil.

Bu gün bir kasıb ailənin uşağı mənə facebook üzərindən belə bir müraciət edib:
"- Salam əmi, mənim adım İbrahimdir. Mən 8 aylığımdan xroniki pnevmaniya keçirtmişəm. Dünyaya gəldiyim gündən çox zülmlər çəkmişəm. Anamdan öyrənmişəm ki, atamla anam ailə qurandan sonra mən gec, düz yeddi ildən sonra dünyaya gəlmişəm. Uzun müddət xəstə oldum. Atam da bunları görüb bizi qoyub getdi. Anam yeddi-səkkiz aylığımdan məni bir qarın ac, bir qarın tox kirayələrdə böyütdü. Bədənimdə çoxlu şişlər var. Məktəbə gedə bilmirəm. Həkimlər ev şəraitində dərs keçməyi məsləhət bilirlər. Anam da xəstədir. Ağır astmadan əziyyət çəkir. Dövlət mənim və anamın xəstəliyimə görə 280 manat verir. Ona da dərman alırıq.
Əmi, sizi də yoruram, Sizə yazmaqla demək istəyirəm ki, mən məktəbə getmirəm, evdə dərslərimi oxuyuram. Müəllimlər evə gəlir. Amma musiqiyə böyük həvəsim var. Həftədə bir dəfə anam məni qarmon kurslarına aparır. Evdə məşğul olmağa qarmonum yoxdur. Xahiş edirəm mənə kömək edin..."

Maddi durumum yaxşı olmadığına görə bir neçə millət vəkilinə, iş adamına, efirdə hər gün toydayam deyən müğənniyə zəng edib bu uşaq barədə məlumat verdim. Amma heç kim köməklik göstərmədilər.Heç köməklik göstərməyə səy də etmədilər.

Sözün düzü, bu uşağa kömək eləməyən insanların halına çox acıdım. Və bir anlıq düşündüm ki, Quran da, Allah da bizə qənim olsun. Min dəfə qənim olsun.
Bir uşağa 100-200 manat civarında köməklik etmək istəməyən birinin, görəsən milyonu bir gecəyə azalacaqmı?! On minlərlə pulu olan, “daş qəlbli insanlar” bu dünyalarını qazanmadıqları kimi, o dünyalarını bir savab əməllə niyə qazanmaq istəmirlər? Bu sualı da Allaha ünvanlayıram. Axı, bu varı -dövləti onlara verən odur.

Quranın "Duha" surəsindən bir ayəni xatırlatmağı özümə borc bildim: "Yetimi qapından qovma, yesirə yardım et, miskinə əl tut və Rəbbinin sənə verdiyi neməti xatırla !" İndi varmı Allahın verdiyi neməti xatırlayan ?..

Allahın altında dayanan və bir uşağa 100-200 manat dəyərində qarmon almaq istəməyənlərə demək istəyirəm ki, insanlara mərhəmət göstərməyən kimsəyə
Allah da mərhəmət etməz.

Savalan Talıblı

PS.İbrahimə kömək etmək istəyənlər bu nömrəylə əlaqə saxlaya bilər
077 554 25 78



Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi