Bədii Şuranın növbəti iclası: yeniliklər müzakirə edildi - VİDEO



“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.

“Azərbaycan Televiziyası tam rebrendinq olunub, kanalın bütün qrafik göstəriciləri yenilənib. “Azərbaycantelefilim” Yaradıcılıq Birliyi və “Sabah” studiyasının fəaliyyəti bərpa olunub. 17 yeni studiya tikilib, 3 studiya üzərində iş gedir”.

Bu fikirləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov qurumun nəzdində yaradılan Bədii Şuranın növbəti iclası zamanı səsləndirib.

R.Məmmədov 8 ay ərzində icra edilən işlərdən söz açıb. Qeyd olunub ki, yeni mövsumdə “Məlahətli qonaqlar”, “Analar akademiyası”, “Çıxışa doğru”, “İstehlakçı seçimi”, “Biznes klub”, “Bir AzTV” və digər veriliş təqdim olunub.

Bundan başqa, Azərbaycan Televiziyasında son aylarda canlı efir saatının müddəti artırılıb.

Bədii Şura üzvləri hər üç kanalda nümayiş olunan müxtəlif mövzulu proqramların keyfiyyəti ilə bağlı fikir mübadiləsi aparıblar, təkliflərini və iradlarını bildiriblər.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi