"Körpələrimiz doğum evlərində rüşvətlə dünyaya gəlir"- AXCP Ali Məclisinin sədri



Azərbaycanda ən bərbad sahələrdən biri də səhiyyə sistemidir. Yaxşı həkim tapmaq və müalicə olunmaq müşkülə çevrilir. Son illər Türkiyədə və diğər ölkələrdə oxuyub gəlmiş həkimlərin sayəsində müəyyən dönüş yaransa da, hələ də köhnə nomenklatura onlara da bildikləri formada hərəkət etməyə icazə vermir.

Analoq.az xəbər verir ki, tanınmış siyasətçi, AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli insanların sağlamlığı və həyatı ilə oynamamağı tövsiyyə edib.

Yenə də xəstə ayağı buraxıb, sağlam ayağı kəsən cərrahlar olacaq, xəstə dalağ yerinə, qaraciyəri müalicə edən həkim olacaq, apenditsit ağrısını mədə ağrısı kimi qələmə verəcək, həkimlər tapılacaq.

Səbəb aydındır. Savadsızlıq, pula hərislik və bərbad idarəçilik.

Səhiyyə Nazirliyi qohumbazlıq, yerlibazlıq və rüşvətlə işə götürmə ənənəsindən birdəfəlik qurtarmalıdır.

Yaxşı həkim olmaq, tanınmaq, çox pulu olmaq və iqtidara göstərdiyi xidmətə görə təyinat yolverilməzdir. İnsanların sağlamlığı və həyatı ilə oynamaq cinayətdir.

Tibb Universitetinin rüşvət və korrupsiyadan təmizlənməsinə ehtiyac var.

Bizim millətimizin bir xasiyyəti var ki, hamı özündən və işindən çox razıdır, hamı özünü hər kəsdən üstün tutmağa çalışır, amma, onların fitnəsi ilə səhiyyəni daha da bərbad hala salmaq olmaz. Xarici mütəxəssislərə,sınanmış həkimlərə ehtiyac var.

Bakıda kardiologiya,göz, burun,qulaq və boğaz,mədə,şəkər, böyrək, onkologiya və bir çox digər tibbi sahələrdə,sınanmış həkimlərimiz var.Amma bu həkimləri gərək axtarıb tapasan. Bugünkü günümüzdə etibarlı vicdanlı həkimlər tapmaq çox çətindir.

Bəzən həkimlərə etibarsızlıqdan həkimə getmək belə istəmiyənlər,daha çox başqa qonşu ölkələrə üz tutmağı üstün tuturlar.Bəzən bahaçılıq ucbatından həkimə getmək əvəzinə,daha ucuz yer axtarırlar.

Ən vacib ehtiyaclardan biri də terepavtlərin – can həkimlərinin,uşaq həkimlərinin hazırlanmasıdır. Sahə həkimlərinin çox hissəsi aşağı səviyyəli biliklərə malikdir.

Nəhayət ki, məcburi tibbi sığorta işə salınsın. Kasıb Gürcüstanda əhali məcburi tibbi sığorta ilə təmin olunub və təmasda olduğum gürcülər çox razılıq edirlər. Kasıblar gün üzü görməyə başlayıb. Amma, varlı Azərbaycan, xöşbəxt Azərbaycan vətəndaşları nə normal tibbi xidmət ala bilirlər, nə də “pulsuz” olan tibbi xidmətləri pulsuz yola verə bilirlər.

“Pulsuz” tibbi xidmət o qədər bərbad vəziyyətdədir ki, danışmağa dəyməz. Körpələrimiz doğum evlərində rüşvətlə dünyaya gəlir və son mənzilə salınmaq üçün də yenə də həkimdən rüşvətlə ölüm kağızı alır. Budur həqiqət.

Amma həqiqət də var,insaf da.İnsaflı,savadlı bacarıqlı həkimlərimiz var.

Bəzən insanlar bunları tanımırlar.Daha yaxşı olar ki,belə həkimlərimizi tanıdaq.Urək çərrahı,Ramil Əliyev,ürək kardioloqu Royal həkim,Böyrək həkimi Qardaşxan həkim,mədə çərrahı, Cavan həkim,Göz h kimi Günay xanım,Şəkər həkimi Arzu xanım,uzi dediyimiz həkim Vüsalə xanım və ən çox hörmət etdiyim can həkimi İlham həkim və diğər vicdanlı həkimlərimiz.

Mübariz həkimi unutmaq onun şəfalı əllərinə sağ ol deməmək olmaz.Bu həkimlər hərəsi bir yerdə,özəl klinikalarda işləsələrdə, bəziləri bir çox yerlərdə işləyirlər.

Məcburdurlar,klinika sahibləri xəstələrə sağlam inək qismində baxırlar.Buna uğlaşmayan vicdanlı həkimlər isə məcburən belə işləyirlər.Daha yaxşı olmazmı,xəstəlik pulunu həkimlər təin etsin.Yoxsa ki,həkimə çatana kimi pul qurtarır.

Məgər belə müalicə olar,məgər onda keyfiyyət dəyişir? Necə olur ki, özəl tibb müəssisələrinin sayı durmadan artır, amma keyfiyyət dəyişmir?

Öz ölkəsində heç nəyə yaramayan, sadəcə pul verib özünü reklam etdirən xarici həkimləri bura gətirib insanların sağlamlığı ilə də oynamaq olmaz. Özəl tibb tibbin keşiyində yox, asan pul qazanmaq məkanına çevrilib. Məgər hökumət bunu görmür?

Öz həkimlərimizə etibar edin,öz ölkəmizdə müalicə olunun.Çalışın həkimi axtarın tapın,sınanmış həkimlərə gedin.Ən yaxşısı xəstələnməyin.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi