Sumqayıtda "7 Göyərçin" abidəsi qoyuldu



[
Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.

APA -nın yerli bürosunun məlumatına görə, yubiley tədbirləri çərçivəsində şəhərin Sülh prospektində "7 Göyərçin" abidəsi qoyulub.

Modern üslubda olan heykəl kompazisiyası sülhü, əmin-amanlığı, zəhmətkeşliyi, gender bərabərliyini tərənnüm etdirir.

Alova bənzər formada hazırlanmış kompozisiyadakı 7 göyərçin abidənin şəhərin 70 illiyinə həsr olunmasına bir işarədir. Günəş və Ay isə burada yaşayan insanların gecə-gündüz çalışdığını, zəhmətkeşliyini özündə əks etdirir.

Abidəni memar Cahid Həsənov hazırlayıb.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi