ƏSAS SƏHİFƏ Bütün xəbərlər / Manşet / Yazarlar / Araşdırma Peyğəmbərlər və onların möcüzələri

Peyğəmbərlər və onların möcüzələri

Peyğəmbər və Peyğəmbərlik nədir ?
İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəyhlərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxsdir.

Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır.

Peyğəmbərlər insanları aşağı sosial təbəqəyə edilən zülmə qarşı çağırır, müharibələrə son qoymağa, qılıncı döyüb kotan eləyib və bərabər yaşamağa çağırır. Onların dini-siyasi nitqləri, moizələri, vəhləri əvvəlcə şifahi yazılır sonralar məcmuə şəklində toplanır. Peyğəmbərlərin moizələri, kəlam və göstərişləri dinlərin ideologiyasında böyük təsir edib. Orta əsrlərdə baş vermiş xalq hərəkatlarında utopik sosialistlər peyğəmbərlərin ideyalarından istifadə etmişlər.

İslama görə Məhəmməd peyğəmbər Allahın göndərdiyi sonuncu peyğəmbər olub və peyğəmbərlərin möhürü sayılır.

3 Peyğəmbər diridir. İsa, İdris, Xızr (İlyas).

3 Peyğəmbər ölüb, dirilib. Yunis, Üzeyr, Cərcis. 3 Peyğəmbərin 2 adı var. Zəkəriyya (Zəlkifl), İsa (Məsih) Mühəmməd (Əhməd).

124 min peyğəmbər həqqdir. Onlardan 313 nəfəri mürsəldir (Seçilmişdir) Mürsəllərdən 6 nəfəri: Adəm (ə.), Nuh (ə.), İbrahim (ə.), Musa (ə.), İsa (ə.) və Mühəmməd əleyhissəlamdır. Və onlara həq təala tərəfindən gələn kitablar 6 (altı)-dır. Səhifə Adəmə, kitab Nuhə, sühuf İbrahimə, Tövrat Musaya, İncil İsaya, Zəbur Davudə, Quran Mühəmmədə (s.)a nazil olmuş- dur. Qalan mürsəl peyğəmbərlər bu altı nəfərin şəriətini təbliğ ediblər. Kitab peyğəmbərlərinin beşi ülul əzmdir. Adəm ə-dan savayı ki, ondan əvvəl peyğəmbər olmayıbdır. Ənbiyanın təbəqatı dörddür.
1. Nübüvvət, Risalət, Ülül əzm, Xatəmimiyyət. Nübüvvət-bütün peyğəmbərlərə, Risalət – 313 nəfərə, Ülül əzm – 5 – nəfərə Adəm (ə.), İbrahim (ə.) Musa (ə.), İsa (ə.), Mühəmməd (s.). Xatəmiyyət – Həzrət Mühəmməd (s.)-a verilib.
Peyğəmbərlərin dəvətləri 3 qismdir:
1. Gözəl, faydalı nəsihət və movizələrlə xalqı həqqə dəvət etmək.
2. Dəvətlərinə qarşı müharibəyə qiyam edənlərin təskin şərarəti üçün onlar ilə cihad edənlər.
Cihad peyğəmbərləri: Şeys (ə.), İdris (ə.), İbrahim (ə.), Musa (ə.), Yuşə (ə.), Davud (ə.), Süleyman (ə.), və Mühəmməd (ə.)-dır.
3. Dəvətlərinə qarşı üsyan və rəddə məruz qalıb, ci- had etməyə kifayət qədər köməyi olmayan zaman bəla istəyən peyğəmbərlər: Nuh (ə.), Hud (ə.), Salih (ə.), Şüəyb (ə.) və Lut (ə.)-dır. Hər bir peyğəmbər möcüzə gətirmişdir. Aşağıda bunlardan bəziləri qeyd edilmişdir.

Hz. Musa peyğəmbər və Qırmızı dənizi yarması

Hz. Musa Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbərdir. Dinə əsasən, Allah tərəfindən ona Tövrat göndərilmişdir. Fironu Allah yoluna çağırmış, lakin firon ona inanmayıb coşqun sularda boğulmuşdur.

Misir hökmdarları qədim Misirin çox tanrılı batil dinində tanrı olaraq qəbul edilirdilər. Allah həm Misir xalqının haqq dinin yerinə batil bir sistemi mənimsədiyi, həm də İsrail oğullarını qul halına saldığı bir dövrdə hz. Musanı Öz elçisi olaraq Misir xalqına göndərmişdi. Ancaq başda firon və ətrafı olmaqla qədim misirlilər hz. Musanın haqq dinə dəvətinə baxmayaraq, bütpərəst inancından əl çəkmirdi. Hz. Musa firona və onun yaxın ətrafına nələrdən çəkinməli olduqlarını bildirmiş və onları Allah`ın əzabı haqda agah etmişdi. Bunun əvəzində onlar üsyan edib hz. Musanı dəlilik, sehrbazlıq və yalançılıqda günahlandırmışdılar. Firona və qövmünə çoxsaylı bəlalar verilsə də, onlar Allah`a təslim olmamış, Allah`ı tək olaraq tanrı qəbul etməmişdilər. Hətta başlarına gələnləri hz. Musanın ucbatından olduğunu iddia edərək, onu Misirdən çıxarmaq istəmişdilər. Allah Quranda hz. Musa və onunla birlikdə olan möminlərə belə buyurur:

«Musaya belə vəhy etdik: Bəndələrimlə birlikdə gecə yola çıx. Siz, şübhəsiz ki, təqib ediləcəksiniz!" Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (O, belə deyirdi:) "Şübhəsiz ki, bunlar kiçik bir tayfadır! Onlar bizə qarşı qəzəblidirlər. Biz isə ayıq-sayıq bir camaatıq!" Nəhayət, Biz onları (fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq, xəzinələrdən və gözəl yerdən kənar etdik. Onları beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Firon və əsgərləri) günəş doğduqda onların arxasınca düşdülər». (Şüəra surəsi, 52-60)

Quranda bildirildiyi kimi, bu təqib nəticəsində hər iki tərəf qarşılaşdıqları ərəfədə Allah dənizi yararaq hz. Musanı və onunla birlikdə iman gətirənləri xilas etmiş, firon və qövmünü isə həlak etmişdir.

Hz. Məhəmməd peyğəmbər və ayı bölməsi:
Hz. Məhəmməd, İslam dininin banisi, Allahın elçisi (Rəsulullah), peyğəmbərlərin möhürü (Xətəmul ənbiya) və sonuncu peyğəmbərdir.

Rəvayətə görə, bir gün müşriklər Həzrət Mühəmməddən (s) tələb etdilər ki, sözlərinin doğruluğunu sübuta yetirmək üçün onlara möcüzə göstərsin. Peyğəmbər hansı möcüzəni görmək istədiklərini soruşanda dedilər ki, bizim üçün səmadakı Ayı iki yerə böl. Allahın Rəsulu dua etdikdən sonra barmağı ilə Aya işarə etdi. Allahın əmri ilə Ay iki yerə parçalandı, yarısı şərqə, yarısı da qərbə çəkildi. Bir az sonra bunlar yaxınlaşıb bitişdilər, Ay yenə əvvəlki kimi bütöv oldu.

Hz. Yunis peyğəmbərin balıqın qarnında yaşaması:
Quranda adı keçən peyğəmbərlərdən biri də Yunusdur. Müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılmaqla yanaşı, onuncu surənin adı da Yunusdur. Rəvayətlərə görə, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb.

Yunis peyğəmbər, Allah tərəfindən Aşur mədəniyəti mərkəzlərindən olan Ninəva əhalisini doğru yola dəvət etmək üçün təyin edilmişdi.

Ninəvalılar böyük bir şər və fəsad içərisində olduqlarından Allah’ın elçisinin sözlərinə qulaq asmadılar. Hz. Yunis buna görə çox qəzəbləndi və Allahdan icazə gəlməsini gözləmədən oranı tərk edib qaçdı, Yafa’ya gəldi, Tersis’ə gedən dolu bir gəmi tapdı, pulunu verdi və gəmiyə mindi.
Səyahət davam edərkən böyük bir fırtına qopdu, dalğalar çoxaldı; gəmi batacaq hala gəldi. Gəmiçilər təlaşlandılar, gəmiyi yüngül etmək üçün ağır əşyaları dənizə atmaqa başladılar. O anda Hz.Yunis gəminin altına enib və yatmışdı.
Gəmidəkilər,
– ‘Bizə bu fəlakət kimin səbəbiylə gəldi? Bunu bilmək üçün aramızda püşk ataq’, dedilər, Atılan püşk Hz. Yunis’ə düşmüşdü, bunun üzərinə;
– «Söylə bizə, sən nə etdin, haradan gəlib hara gedirsən, hansı kənddən, hansı soydansan?» dedilər. O vaxt onlara
– «Mən qurunu və dənizi yaradan göylərin ilahı Rəbbin quluyam» dedi və başından keçən hadisəni danışdı. Onun üzərinə gəmidəkilər çox qorxdular və «Niyə elə etdin?» deyə onu ayıbladılar. Sonra ona,

– «Bu dənizin sakitləşməsi üçün sənə nə etməliyik ?» dedilər. Hz.Yunis də
– «Məni dənizə atın fırtına dayanar, çünkü bu böyük fırtına mənim üçün oldu» deyə cavab verdi. Adamlar buna görə gəmini quruya çəkmək istədilər, amma edə bilmədilər. Nəhayət Hz. Yunis’i tutdular, gəmidə olanların xilas olması üçün öz izniylə dənizə atdılar, dərhal dəniz sakitləşdi. Və böyük bir balıq, Allahın əmriylə Hz. Yunis’i utdu.
Yunis balığın qarnında xətasını anladığı, Rəbbindən icazə almadan qövmdən qaçdığı üçün özünü çox ayıblayırdı, qınayırdı, peşman olub;
Fəqət sadəcə burada deyil, əvvəldən bəri zikredicilərdən olduğu üçün balığın qarnında üç gün üç gecə qaldı ki, bu Allahın bir peyğəmbərini həbs etməsinin ifadəsi idi.
Qısa bir müddətdən sonra yenə Allahın əmriylə balıq tərəfindən açıq, boş bir sahəyə bıraxıldı.
Hz.Yunis balığın qarnından quruya çıxdığı zaman xəstə bir halda idi və Allah ona sipər olaraq bir bitki bitirdi, orada istirahət etdi. Daha sonra qaçdığı qövmə haqqı bildirməsi üçün təkrar göndərildi ki, onların sayı yüz mini keçirdi. Hz. Yunis qövmə Allah’ın əzabını xəbər verərək imana dəvət etdi. Onlardan bəziləri Allaha iman etdilər.

Müəllif: Əmrah Mövsümovскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

  • Grubu: Гости
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
Cherche Viagra Strasbourg viagra Sick Kitten Liquid Amoxicillin
  • Beğenmedim
  • 0
  • Beğendim
Bakı Hava Proqnozu