• 14:45 – Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı bazarda vətəndaşa hədə-qorxu gəldi-Ona bu səlahiyyəti kim verib-Videoda izlə 
  • 23:56 – Araz Əlizadənin atası 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub - Tanınmış şairdən açıqlama 
  • 19:43 – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanadakı fotosu yayıldı 
  • 17:44 – "Fidan” MTK sakinlərə göz verir işıq vermir-Sakinlərin etirazı hələ də cavabsızdır 
  • 15:30 – Vahid Əhmədov:"Energetika Nazirliyi nə ilə məşğul olur? 
  • 13:59 – Xeyrəddin Qoca :"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır” 
  • 10:46 – Kökdən düşən Ələsgərin sazı və ya falçının sazla meydan sulaması 
  • 02:22 – 1 yaşlı Kamalın yaşaması üçün kömək edək – Təcili ilik köçürülməlidir 

Zaxarovanın gizlətmədiyi erməni sevgisi – Bəs Xocalı?

Zaxarovanın gizlətmədiyi erməni sevgisi – Bəs Xocalı? Zaxarovanın gizlətmədiyi erməni sevgisi – Bəs Xocalı? Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, sosial şəbəkələrin fenomeninə çevrilən Mariya Zaxarova ermənilərə olan hədsiz sevgisini gizlətmir, əksinə bunu hər dəfə qabarıq şəkildə nümayiş etdirir.

Zaxarovanın 1915-ci il hadisələri ilə bağlı “Facebook” səhifəsində yazdığı status bu fikirləri təsdiqləyir.

Rusiya XİN rəsmisinin ermənipərəstliyi hər kəsə məlumdur. O, özü də heç vaxt bunu gizlətməyib. Əksinə, fəxr edirmiş kimi davranır və minlərlə sosial şəbəkə istifadəçisini (Virtual dostlarını-red) ermənilərin tarixi uydurmasını “soyqırım” kimi tanımağa sövq edir. Rusiyalı siyasətçi “soyqırım” məsələsində ermənilərdən heç nə ilə fərqlənmir. Əksinə, 41 yaşlı diplomat bu məsələdə bəzi erməni dostlarından daha aktiv görsənir.

Zaxarovanın 102 il əvvəlki hadisələrə siyasi don geyindirərək “erməni soyqırımı” adlandırılması onun özünü “ulduz” hesab etdiyi “Facebook” səhifəsində haqlı suallara və etirazlar səbəb olub.

Zaxarovanın gizlətmədiyi erməni sevgisi – Bəs Xocalı?

“24 aprel “erməni soyqrımı” qurbanlarının anım günüdür. Kimsə “soyqırım”ı tanımır, kimsə faciə qurbanlarının sayını şübhə altına alır. Harada olmağımızdan asılı olmayaraq bu gün bütün ürəyimlə erməni xalqının yanındayam”, - deyə Zaxarovanın statusuna ilk reaksiya verənlərdən biri Rusiya Erməni ittifaqının vitse-prezidenti Levon Manukyan olub.

Manukyan yazıb: “Mariya Vladimirovna sizin ürəyinizin bizimlə olduğu kimi, bizim də ürəyimiz sizinlədir”.

Daha sonra həmin paylaşıma xeyli şərhlər gəlib. Azərbaycanlı istifadəçilər rus diplomata Dağlıq Qarabağ müharibəsi, o cümlədən 1992-ci ildə Xocalıda dinc əhaliyə qarşı törədilən əsrin soyqırımını xatırladıblar.

Zaxarovanın gizlətmədiyi erməni sevgisi – Bəs Xocalı?

Zaxarova aktiv şəkildə onu dəstəkləyən erməni istifadəçilərin şərhlərini bəyənib, hətta onlara təşəkkür etsə də azərbaycanlı istifadəçilərin fikirlərinə əhəmiyyət belə verməyib.

Zaxarova Krım türkləri və azərbaycanlılara qarşı törədilən soyqrım faktlarını görməzdən gəlir. Nəinki fikir bildirir, hətta belə faciələr yaşanmamış kimi davranır.



Görünən budur ki, xanım Zaxarova hansı qurumu təmsil etdiyini və yazdığı fikirlərin nələrə səbəb ola biləcəyini tam olaraq anlamır. Ya da anlamaq istəmir. O, özünü böyük bir dövlətin XİN rəsmisi kimi deyil, qatı ermənipərəst bloqqer kimi aparır. Zaxarova heç də həbsdə olan Aleksandr Lapşinin yoxluğunu hiss etdirmir.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV