Le Pen AB-ni dağıdıb, yenidən qurmaq istəyir



Mən Avropa Birliyini Avropanın Müstəqil və Suveren Dövlətləri Alyansı ilə əvəz etmək istəyirəm.

Analoq.az TİA.AZ-a istinadən xəbər verir ki, bunu “Avropa 1” televiziyasında çıxışı zamanı ultrasağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen söyləyib.
“Mən avropalıyam. Mən AB-ni istəmirəm. Ola bilsin ki, ona yeni ad tapa bilərik. Məsələn bu, Avropa alyansı ola bilər. Həmin təşkilat Avropa dövlətlərini milli maraqlarına zidd olmadan müəyyən layihələrdə birləşməyə yardım edəcək. AB-nin əsas problemi odur ki, o, artıq totalitar quruma çevrilib”, – deyə o bildirib.
Qeyd edək ki, Le Pen Fransada 7 mayda keçiriləcək prezident seçkilərinin ikinci turunda liberalların namizədi Makronla mübarizə aparacaq.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi