Mərkəzi Bank: Dollarla valyuta əməliyyatlarının həcmi 33,5% azalıb » Bizim analoqumuz yoxdur!
 
  • 19:00 – Nazir Hətəmov şəhid Pəncəli Teymurovu ziyarət etdi 
  • 12:00 – Dövləti içindən dağıdan gizli dövlət 
  • 09:30 – Ağ Evdə Tramp Türkiyədən danışıdı 
  • 16:30 – Bakıxanov qəsəbə sakinləri Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya şikayət ünvanladı 
  • 15:30 – Baş Prokurorluq qəbul imtahanlarında pozuntularla bağlı məlumat yaydı 
  • 13:00 – Daimi Nümayəndəliyin rəhbəri:"Sosial şəbəkələrdə Naxçıvandakı toy mərasimləri ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir” 
  • 12:00 – Çin ABŞ-la müharibəyə hazırlaşır 
  • 11:00 – Taksi şirkətinin təxribatı-Ətraflı videonu izlə 

Mərkəzi Bank: Dollarla valyuta əməliyyatlarının həcmi 33,5% azalıb

Mərkəzi Bank: Dollarla valyuta əməliyyatlarının həcmi 33,5% azalıb Mərkəzi Bank: Dollarla valyuta əməliyyatlarının həcmi 33,5% azalıb 2017-ci ilin I rübü ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul siyasəti icmalında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, hesabat dövründə ötən ilin I rübü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 33,5% azalıb, avro ilə əməliyyatların həcmi isə 5,7% artıb.

Rüb ərzində valyuta bazarında əməliyyatların 82,2%-i ABŞ dollarında, 17,8 %-i digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,1% hissəsi banklararası valyuta bazarında (BVB), 71,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 51,7%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95%-i hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin I rübü ilə (147 mln.$) müqayisədə nağd valyutanın xalis satışı (cari ilin I rübündə 77 mln. $) 2 dəfə azalıb.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV