• 19:30 – 46 qızı zorlayan falçı SAXLANILDI 
  • 15:30 – Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi 
  • 20:00 – Məktəb direktoru avtomobilini görün harada saxlayır 
  • 16:00 – Məstan Günərin ikicildliyi təqdim edildi 
  • 15:30 – Bəxtiyar Əsgərova “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub 
  • 22:00 – Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq 
  • 12:29 – Baş redaktor nazir və Baş Prokurora müraciət etdi 
  • 10:45 – General Rza Talıbov Prezident İlham Əliyevi belə təbrik etdi 

Tiflisdə 28 May – Respublika Günü münasibəti ilə qəbul keçirilib

Tiflisdə 28 May – Respublika Günü münasibəti ilə qəbul keçirilib Tiflisdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 28 May – Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əvvəl Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Sonra səfir Dursun Həsənov çıxış edərək Azərbaycanın dövlətçilik tarixi, onun güclü iqtisadiyyatı və Gürcüstandan keçən beynəlxalq layihələr haqqında ətraflı məlumat verib.

“Hər iki ölkənin dövlət və hökumət başçıları, nazirlər və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri nəticəsində münasibətlərimiz keçən 25 il ərzində möhkəmlənib və inkişaf edib. Azərbaycan Gürcüstana sərmayə yatıran ölkədir. SOCAR Gürcüstanda ən böyük vergi ödəyicisidir. Bu gün Gürcüstan ərazisindən Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri keçir, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi uğurla tikilməkdədir. Bu gün Böyük İpək yolu, TANAP və TAP layihələri Azərbaycanın və Gürcüstanın dünyada əhəmiyyətini və nüfuzunu daha da artıran irimiqyaslı layihələrdir”, deyə səfir bildirib.

Respublika Gününə həsr olunan bayramda çıxış edən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan və Gürcüstanın siyasi və iqtisadi çətinliklərin öhdəsindən gəldiyini, birgə strateji layihələr həyata keçirdiklərini, iki ölkəni bir-birini daim dəstəklədiyini vurğulayıb. “Əminəm ki, həyata keçirdiyimiz layihələr xalqlarımızın rifahını daha da yaxşılaşmasına, müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət edəcək”, deyə G.Kvirikaşvili bildirib.

Tədbirdə həmçinin nazirlər, dövlət və hökumət təmsilçiləri, diplomatik korpus nümayəndələri, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Sonra qonaqlar Azərbaycan mətbəxinin təamlarından dadıblar. Tədbir konsert proqramı ilə davam edib.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV