• 13:11 – 210 nömrəli məktəbdə 20 yanvar faciəsinə həsr olunmuş dərs 
  • 15:06 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb 
  • 22:12 – Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı 
  • 11:09 – Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar 
  • 20:36 – Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir 
  • 17:57 – Sumqayıt Dövlət Universitetinin tarixi və inkişafı 
  • 17:48 – Tanınmış şairin anım günü keçiriləcək 
  • 01:37 – Une pétition lancée à Paris relative à la libération des Azerbaïdjanais pris en otage par les Arméniens 

Milli Məclisin rəhbərliyi Latviyaya səfər edəcək

Milli Məclisin rəhbərliyi Latviyaya səfər edəcək Milli Məclisin rəhbərliyi Latviyaya səfər edəcək Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti sabah Latviya Respublikasına rəsmi səfərə gedir.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. O deyib ki, nümayəndə heyətinin tərkibinə deputatlar - Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir: “Səfər zamanı nümayəndə heyəti Latviya Seymində olacaq, ölkə parlamentinin fəaliyyəti və qanunvericilik yaradıcılığı ilə tanış olacaqlar. Milli Məclisin sədri Oqtay Əsədov Latviya Seyminin spikeri, xanım İnara Murniyetse ilə görüşəcək, parlamentlərarası əlaqələri müzakirə edəcək. Səfər çərçivəsində Oqtay Əsədovun Latviya prezidenti, baş naziri, xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi və regional münaqişələrin həlli barədə danışılacaq”.

A. Təvəkküloğlu qeyd edib ki, 3 günlük səfər zamanı Milli Məclisin nümayəndə heyəti Latviyada Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbirə də qatılacaq.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV