Tripolidə baş verən silahlı toqquşmalar nəticəsində 28 nəfər ölüb



Liviyanın Tripoli şəhərində baş verən silahlı toqquşmalar nəticəsində 28 nəfər ölüb, 130-u yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Səhiyyə nazirliyinin yaydığı açıqlamada bildirilir.

Bundan əvvəl “AFP” agentliyi şiddətli döyüşlər nəticəsində 13 nəfərin öldüyü, 80 nəfərin yaralandığını bildirmişdi.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faez Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi