Bizi izləməyi unutmayın

Bütün xəbərlər / Manşet

“APA Holding” və “ASAN radio” arasında anlaşma Memorandumu imzalanıb

29-05-2017, 20:00 | 2182 dəfə baxılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin “ASAN radio” Departamenti və “APA Holding” MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.

APA-nın xəbərinə görə, Memorandumu “ASAN radio” Departamentinin müdiri Emin Musəvi və “APA Holding”in Direktorlar Şurasının sədri, APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev imzalayıblar.

Memorandum “ASAN radio” və “APA Holding” arasında informasiya dəstəyi, eyni zamanda digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı əhatə edir.

İmzalanma mərasimində sonra Nurşən Quliyev bildirib ki, media orqanları arasında əməkdaşlığın qurulması və genişləndirilməsi mühüm məsələdir: “Fəaliyyətə başladığı qısa müddət ərzində uğur və populyarlıq qazanmış “ASAN radio” ilə memorandum imzalamaq bizim üçün sevindirici haldır. Hesab edirəm ki, bu əməkdaşlıq təkcə iki tərəfə yox, eyni zamanda bütün Azərbaycan mediasına öz töhfəsini verəcək. Biz başqa media qurumları ilə də əməkdaşlığın qurulması və inkişaf etdirilməsi barədə düşünəcəyik. Fikrimcə, “ASAN radio” ilə “APA Holding” arasında əməkdaşlığa dair Memorandumun imzalanması digər media qurumları arasında da əməkdaşlığın qurulması baxımından yaxşı bir nümunə olacaq".

Emin Musəvi isə deyib ki, bu əməkdaşlıq çox faydalı olacaq: “ASAN radio” nəinki ən gənc radio, həm də ən gənc media orqanlarından biridir. Biz qısa müddət ərzində çalışdıq ki, keyfiyyətli məhsulu dinləyicilərimizə təqdim edək. FM deyildikdə biz həm də F - faydalı, M - məlumatlandırma nəzərdə tuturuq. “APA Holding” kimi çox ciddi, peşəkar, operativ və tam dəqiq tərzdə fəaliyyət göstərən bir qurumla əməkdaşlığa başlamaq bizim işimizi daha faydalı və daha maraqlı edəcək. Düşünürəm ki, bundan sonra işimiz bir qədər də asan olacaq, baxmayaraq ki, çox məsuliyyətlidir. Əsas odur ki, dinləyicilər, oxucular və tamaşaçılarımız APA-dan da, “ASAN radio”dan da razı qalsınlar”.

Daha sonra Emin Musəvi “ASAN radio”nun fəaliyyəti barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan “ASAN radio” 24 dekabr 2015-ci il tarixdən etibarən 100 FM dalğasında test yayıma başlayıb. Məqsəd və hədəflərə söykənərək, obyektiv media təşkilatı formalaşdırmaq, xəbəri birinci mənbədən çatdırmaq və cəmiyyətin maariflənməsində aktiv iştirak etmək radionun missiyasıdır.

Cəmiyyəti “ASAN xidmət”in göstərdiyi xidmətlər və yeniliklər, həyata keçirilən layihələr haqqında məlumatlandırmaq radionun fəaliyyət istiqamətlərindən biridir.

Dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olmaq, əhalinin sosial və hüquqi cəhətdən maariflənməsinə dəstək göstərmək radionun efir siyasətinin əsasını təşkil edir.

www.asanradio.az “ASAN radio”nun rəsmi internet səhifəsidir.

“APA Holding” MMC bir neçə media strukturu və struktur törəmələrinin birləşməsindən təşkil olunmuş qurumdur. 3 oktyabr 2012-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Holdinqə “Azəri-Press” İnformasiya Agentliyi (APA) MMC, “Lent.az” İnformasiya Agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az” İnformasiya Agentliyi MMC və “APA SERVİS” MMC, "APAmark" MMC daxildir. “APA Servis” MMC-nin tərkibində APA TV internet televiziyası, “Lent.az” İnformasiya Agentliyi MMC-nin tərkibində “Kulis.az” və “Ailəm.az” törəmə strukturları fəaliyyət göstərir.

Holdinqin əsas fəaliyyət istiqamətləri informasiya, reklam, rabitə, internet və provayder xidmətlərinin göstərilməsidir.

Qurum Azərbaycanda ilk xəbər şirkəti kimi öz brendlərini və əmtəə nişanlarını Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində sertifikatlaşdırıb və müvafiq patentlər alıb, həmçinin “Global Certification Limited” agentliyinin keyfiyyət və idarəetmə sertifikatına sahibdir.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

"ASAN Xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Ruminiya mətbuatı Asan Xidmət haqqında..

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının