• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

BNEZ və "Azərkimya"nın modernləşdirilməsinə 1,8 mlrd. dollar tələb olunur

BNEZ və "Azərkimya"nın modernləşdirilməsinə 1,8 mlrd. dollar tələb olunur BNEZ və "Azərkimya"nın modernləşdirilməsinə 1,8 mlrd. dollar tələb olunur Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) və "Azərkimya" İstehsalat Birliyinin modernləşdirilməsi və yenidən qurulması layihələrinin dəyəri 1,8 mlrd. dollar təşkil edir. "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

"Sonuncu qiymətləndirməyə əsasən, hər iki layihənin ümumi dəyəri təxminən 1,8 mlrd. dollar təşkil edir ki, bunun 1,5 mlrd. dolları BNEZ-in, 320-340 mln. dolları isə "Azərkimya"nın müəssisələrinin modernləşdirilməsinə tələb olunur", - deyə T.Qəhrəmanov qeyd edib.

Qeyd edək ki, 2015-ci ilin sonunda aparılan qiymətləndirməyə əsasən, BNEZ-in modernləşdirilməsinə 1,3 mlrd. dollar tələb olunurdu. Dəyərin artmasına münasibət bildirən vitse-prezident qeyd edib ki, zavoddaxili təsərrüfat acınacaqlı vəziyyətdədir: "Modernləşdirmə prosesində quraşdırılacaq qurğuların dəyəri dəyişməz olaraq qalır".

T.Qəhrəmanov onu da bildirib ki, BNEZ-in modernləşdirilməsi tamamilə dövlət büdcəsindən maliyyələşdiriləcək: "Məsələ dövlət səviyyəsində həll olunub. Maliyyə vəsaiti Dövlət Neft Fondundan ayrılacaq. Böyük ehtimalla, Fonddan ayrılan vəsait SOCAR-ın nizamnamə kapitalının artırılmasına yönələcək. O ki qaldı "Azərkimya"nın müəssisələrinin modernləşdirilməsinə, bizə dövlət zəmanəti ilə kreditin cəlb olunmasına icazə verilib".

SOCAR rəsmisi əlavə edib ki, indiyədək qeyd edilən layihələrə 400 mln. manat yönəldilib.

"Avqust ayında BNEZ 1 aylıq cari təmirə dayandırılacaq", - deyə T.Qəhrəmanov bildirib.

Qeyd edək ki, SOCAR BNEZ-in modernləşdirilməsini 2020-ci ilədək başa çatdırmağı planlaşdırır. Modernləşdirmədən sonra zavodun istehsal gücü 25% artacaq. Zavodda il ərzində 1,9 mln. ton (hazırda 1,2 mln. ton) avtomobil benzini, 3 mln. ton (1,9 mln. ton) dizel yanacağı, 1 mln. ton (hazırda 700 min ton) kerosin və s. neft məhsulları istehsl olunacaq.

Bundan öncə "Azərkimya"nın Müşahidə Şurasının sədri Muxtar Babayev bildirib ki, 2019-cu ilin yayında Etilen-Polietilen Zavodunda modernləşdirmə işləri başa çatdırılacaq. Beləliklə, zavodun illik istehsal günü hazırkı 60 min tondan 185-190 min tona çatdırılacaq.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV