General vəzifəsindən azad olunub



General-leytenant Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, Prezident Administrasiyasının strukturunda edilmiş son dəyişikliklə Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidməti ləğv olunub.

Bununla əlaqədar həmin xidmətin müdafiə məsələləri şöbəsi də avtomatik ləğv olunmuş, M. Əliyev isə şöbə müdiri vəzifəsini itirmiş sayılır.

O, hələlik yeni təyinat almayıb.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi