• 18:15 – Yeni hökumət təsdiqləndi: Ciddi dəyişikliklər - Sərəncam 
  • 20:00 – Məktəb direktoru avtomobilini görün harada saxlayır 
  • 16:00 – Məstan Günərin ikicildliyi təqdim edildi 
  • 15:30 – Bəxtiyar Əsgərova “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub 
  • 22:00 – Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq 
  • 12:29 – Baş redaktor nazir və Baş Prokurora müraciət etdi 
  • 10:45 – General Rza Talıbov Prezident İlham Əliyevi belə təbrik etdi 
  • 22:46 – Caspian European Club торжественно отметил победу Президента Ильхама Алиева на выборах 

MTRŞ-in hüquqşünası motosikletlə yol qəzasında ölüb

MTRŞ-in hüquqşünası motosikletlə yol qəzasında ölüb Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, tanınmış vəkil, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib. Hadisə şahidləri APA TV-yə açıqlamasında motosiklet sürücüsünün başında qoruyucu dəbilqə olduğunu deyiblər. Yerdə qalmış motosikletin sürücüsünə kömək etmək istəsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Qazel"in sürücüsü baş verən qəzada günahı olmadığını deyib: "Mən sola dönürdüm, məni vurub getdi".

Motosiklet zərbədən qəza baş verən yerdən təxminən 30 metr kənara düşüb. Qəzaya uğrayan şəxsin vəkil Toğrul Mirzəzadə olduğunu APA Tv-yə hadisə yerində olan BDYPİ əməkdaşları deyiblər. Onlar bildiriblər ki, qəzada ölən sürücünün sağ qoltuq cibində Vəkillər Kollegiyasının üzvlük vəsiqəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV