• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Gəncə şagirdlərinin uğuru

Gəncə şagirdlərinin uğuru Gəncə şagirdlərinin uğuru Yaxşı yadıma gəlir, uşaq vaxtı çox da oyuncaq həvəsində olmamışam – mənim ən dəyərli oyuncağım anamın müəllim çantası idi. Bu çanta ilə oynamaq hər dəfə mənə “baha” başa gəlsə də, inadımdan əl çəkmirdim. Anamın çantasında həmişə qələm, kağız, müəllimin gündəlik iş planı, proqramlar, dərsliklər olurdu. Qələmlə kağızı götürüb ağlım kəsdiyi qədəri ilə cızma – qaralar edirdim, amma bunları anama göstərmirdim. Bəzən də anam çantasını qurdaladığımı görəndə hirslənərdi və bir neçə gün onun əşyalarına toxunma bilmirdim. İbtidai sinifdə oxuyandan müəllim peşəsini sevməyə başladım. İlk qələm təcrübələrimdə belə həmişə müəllim haqqında yazırdım... Həqiqətən, xatirələr gözəldir... Müəllim sənətinin böyüklüyünü, ucalığını daim ruhumda hiss edərək böyümüşəm. Oyuncağım, dostum, sirdaşım isə kitablar olub...
Dördüncü sinif şagirdləri nələrə qadir ola bilər? Hansı səviyyədə biliklərə malik ola bilərlər? Əgər hardasa belə bir suallara rast gəlsək, yəqin ki, bir çoxumuz yalnız həmin şagirdlərin yaş səviyyəsinə uyğun biliklərə malik olduqlarını düşünərik. Lakin, bunu Gəncə şəhərində 27 saylı məktəb liseyinin 42 sinifinin şagirdlərinə şamil etmək olmaz. Bu şagirdlər yüksək səviyyədə bilik və bacarıqlara malikdirlər. İbtidai sinif müəllimi Gülsədət Məmmədova bu şagirdləri xüsusi proqramlardan, əlavə vəsaitlərdən, bədii ədəbiyyatdan istifadə edərək mükəmməl biliyə və bacarığa malik şagirdlər səviyyəsinə çatdırmışdı. 30 – dan çox şagirddən ibarət olan bu sinif demək olar ki, Gəncə şəhərində təhsil mərkəzlərində keçirilmiş bilik yarışlarında iştirak edib və hər dəfə də yüksək nəticələr əldə edib. A. Rəhim, H. Talib, H. Rəvan, K. Xanım, M. Nihad, İ. Emin, A. Beyrək, M. Ayxan, Ş. Rüstəm, S. Hüseyn, Y. Zəhra, H. İsmayıl və başqa şagirdlər Gəncə şəhərində fəaliyyət göstərən Turan İnkişaf Mərkəzində, Kəpəz Kurslarında, Akademiya Kurslarında, Təməl Tədris Mərkəzində və başqa təhsil mərkəzlərində keçirilən bilik yarışlarında göstərdikləri nəticələrə görə fərqlənmişdilər. Bebras (Qunduz) İnformatika və Kompüter vərdişləri üzrə beynəlxalq müsabiqəsində bir neçə şagird finala vəsiqə qazanmışdır.
Sinifin ən böyük nailiyyətlərindən biri də, İstək liseyinə qəbul imtahanlarında oldu. 12 nəfər iştirak etmiş hər biri də liseyə qəbul olmuşdur. Hüseynli Talib isə ən yüksək nəticəni göstərərək respublika üzrə 7 – ci, şəhər üzrə isə 1 – ci yeri tutmuşdur. Şagirdlərin uğurları bununla da bitmir. Talib Hüseynli bilik və bacarığını nəinki Gəncədə eləcə də paytaxtın bir neçə təhsil mərkəzlərində keçirilən bilik yarışlarında sınamış və ən yüksək nəticələri əldə etmişdir.
Şagirdlərin uğurlarının davamı olaraq qeyd etmək olar ki, şahmat və idmanın digər növlərində, musiqidə də öz sözlərini deməyi bacarmışlar.
Bütün bu naliyyətlərin tək bir ünvanı var – o da, Gülsədət müəlliminin əvəz olunmaz əməyi və peşəsinin əsl bilicisi olması. Gülsədət müəllim şagirdlərin həm davranışları, onların təlim-tərbiyyəsi, həm də bilik və bacarıqlarının artırılması üçün əlindən gələni əsirgəməmişdir.
Erməni daşnaqları kimi mənfur düşməni olan bir xalqın bu cür müəllimlərə çox ehtiyacı var. Vətən sevgisi beşikdən başlamalı, ana südü ilə qidalanmalı, məktəbdə təkmilləşdirilib xalqa əsl vətənpərvər oğul və qızlar bəxş etməlidir. Gülsədət müəllim kimi pedaqoqlar olduqca düşmənə həm mənəvi, həm maddi, həm də güclü ordu ilə qalib gələcəyimiz gün yaxındadır.
Gülsədət müəllimə dərin təşəkkürümü bildirirəm, balaca dahilərə uğurlar arzulayıram.

Gülnarə Sadiq
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV