Doris Dey dünyasını dəyişdi



Hollivudun əfsanəvi aktrisası, müğənni Doris Dey dünyasını dəyişib.

Bu gün, 13 may 2019-cu ildə amerikalı aktrisa 97 yaşında Kaliforniyada vəfat edib.

Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, 1950-1960-cı illərdə ulduzu parlayan aktrisa 30-dan çox filmdə çəkilib. O, “Oskar”, “Qremmi” mükafatlarına layiq görülüb, 2004-cü ildə Corc Buş tərəfindən “Azadlıq” medalı ilə təltif olunub.

Dey 4 dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən-1942-ci ildə Terrens adlı oğlu dünyaya gəlib. Aktrisanın yeganə övladı 2004-cü ildə dünyasını dəyişib.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi