İntiqam Mehdizadə: “BULAQ” - 50



("Bu gün dünəndən başlayır” silsiləsindən )

(Bu referat 1980-ci ildə Moskvada SSRİ DövətTeleviziya və Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən üç aylıq ixtisasartırma kurslarının tamamında - noyabr ayında qələmə alınıb.)

Özünün zəngin adət ənənələriylə məşhur olan Azərbaycan xalqı arzu və istəklərini, hiss və həyəcanlarını müxtəlif vasitərlə bədii sənətlərin bütün növlərində ifadə etməyə can atıb. Əsrlərin şahidi olmuş "Dədə Qorqud" dastanı, "Koroğlu" eposu, "Leyli və Məcnun" poeması, yüksək sənətkarlıq nümunəsi olan xalçalar, zərgərlik əşyaları, Qiz qalası kimi onlarla memarlıq abidələri buna canlı sübutdur.

1926-cı ildə yaradılan Azərbaycan radiosu öz fəaliyyəti boyu daim xalq yaradıcılığına xüsusi diqqətlə yanaşmış, bu tükənməz irsdən maksimum faydalanmağa çalışmışdır. Bununla belə radiomuzun xalq yaradıcılığına həsr olunan verilişləri uzun illər sistemsiz halda efirə çıxmış, ardıcıl olmamış, bu üzdən də məxsusi dinləyici auditoriyası qazanmamışdı. Artıq xalq yaradıcılığı sahəsində az-çox təcrübəsi olan radionun Ədəbi dram verilişləri redaksiyası Komitə rəhbərliyi ilə məsləhətləşmələrdən sonra nəhayət ki, İncəsənət və radio teatrı şöbəsi nəzdində belə bir veriliş yaratmağa nail oldu. 1969 - cu ilin dekabrında efırə çıxan "Xalq yaradıcılığı.Bulaq" verilişi beləcə ərsəyə gəldi.Bu proqramı hazırlayanlar əsasən kəndlərimizdən çıxmış, el-ağız ədəbiyyatına bələd olan istedadlı yaradıcı simalar - jurnalistlər, filoloqlar, yazıçılardılar. Odur ki, verilişin ilk sayları geniş dinləyici auditoriyası tərəfindən böyük coşquyla qarşılandı. Radionun tarixində ilk dəfə olaraq redaksiyanın ünvanına misli görünməmiş miqdarda məktublar axını başladı.Yazanlar kolxozçular, fəhlələr,tələbələr, yüksək çinli məmurlar, evdar qadınlar, alimlərdilər. Onların hər birisi 30 dəqiqəlik verilişdən duyduqları həzdən yazır,onu hazırlayanlara, xüsusilə də aparıçılarına - Xalq artisti Məhluqə Sadıxovayla Əməkdar artist Səməndər Rzayevə minnətdarlıqlarını biidirirdilər. Təsadüfi deyil ki, 1973 - cü ildə verilişi hazırlayanların bir qrupu Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görüldülər.

10 ildən bəri hər bazar günü saat 19.30 - da efirə cıxan " Bulaq" ın digər radio veriliışərindən fərqli cəhətləri hansılardı ki,televiziya ekranlarında yayımlanan proqramların ciddi basqısı altında duruş gətirdi, radionun az qala itməkdə olan şöhrətini birdən birə özünə qaytardı ? Bu referatda mən "Bulaq" verilişi vasitəsiylə Azərbaycan xalq yaradıcılığı nümunələrinin təbliğindən, proqramın hazırlanma prosesindən, milli radiomuzun Ədəbi dram verilişləri redaksiyasının bu sahədəki təcrübəsindən bəhs edəcəyəm.

Gəldiyim nəticəyə görə verilişin uğur qazanmasının əsas səbəbi onun üç prinsipə ciddi rəayət etməsiydi ; canlı xalq danışıq dilinə güclü meyilə, ən populyar xaq musiqilərindən mövzuya uyğun olaraq yerli yerində istifadə etməsinə, bir də aparıcıların oxuduqları mətnə məharətli yaradıcı münasibətinə.Başqa komponentlərdən də danışmaq olar.Məsələn mətn müəlliflərinin çağdaş Azərbaycan gənci, eyni zamanda ahıl - ağsaqqalla, ağbirçək nənələrlə eyni dərəcədə dil tapıb ünsiyyət qurmalarından, verilişin mövzusuna, qayə və məramına əvvəldən axıracan rəayət eləmələrindən, folklor incilərinin həssaslıqla toplanıılıb ustalıqla ipə - sapa düzmələrindən, dövrlə, günlə bağlı şərhlər verib şərtləndirə bimələrindən...

Azərbaycan xalqı musiqiyə bir də poeziyaya meyillidir. Mürük sözü, gözəl səslə söylənən şeiri sevir, şən, şux, orijinal lətifələrə ürəkdən gülür, yeri gələndə özü də yeni lətifələr icad eləyir. Kədər də yad deyil ona. Əsrlərlə yadelli işğalçıların zülmünə məruz qalmış bu xalqın övladları ağlamağı, başqasının dərdinə ortaq olmağı da bacarır. Odur ki, ovqatının hər anında dilə gətirmək üçün saysız hesabsız bayatılar yaradıb. Yeddi hecalıq, dörd misradan ibarət bu bayatılar bütün Şərq ellərində adnandı. Hətta rus xalqı qədər Azərbaycanlıların da sevimli şairi olan Sergey Yesenin vaxtilə bir müddət Bakıda yaşayarkən bayatılarımızın əsiri olduğunu söyləmişdir. Hətta bəzi bayatılarımızı tərcümə edib ruslarln çastuşkaları ahəngiylə səhnədən oxuyarmış. Bu bayatını isə o daha tez - tez təkrarlayarmış:

Ya vlyublyon eşşo raz
Naley pyom eşşo raz
Proşli dni, i jizn proşyol
Molodoy ne stanem eşşo raz.

Bax, bu kədərli, sevincli bayatılar hər dəfə "Bulaq" verilişinin bəzəyi olurdu. Çox keçmədi ki, proqram qeyri adi bir sürprizlə qarşılaşdı - verilişin ünvanına yüzlərlə, minlərlə dinləyici məktubları, məktublardasa saysız hesabsız bayatılar axışıb gəldi. Doğrudur, bunların arasında o vaxtacan bizə məlum olanları da vardı.Ancaq əksəriyyəti təzə idi, xalq arasından toplanmışdı və zaman - zaman nəşr olunan folklor toplularında təsadüf edilməmişdi. Özümüzün də xəbərimiz olmadan möhtəşəm xəzinəyə sahib olmuşduq. Sonra biz həmin bayatıları Elmlər Akademiyasının əlaqədar şöbəsinə verdik ki, elmi nəşrlərində dərc eləsinlər. Şöbənin əmkdaşları bu tapıntımızdan heyrətə gəlir, bizə deyirdilər ki, hər il filan qədər xərc - xuracatla bölgələrə ekspedissiyalar göndəririk ki, heç olmazsa beş - on dənə bayatı tapıb üzə çıxaralar. Amma nə xoş ki, bayatılar özləri öz ayağıyla redaksiyanıza axışıb gəlir. Bəs siz buna necə nail olursunuz? Yəqin burda sizin təşkilatçılıq bacarığınz köməyinizə gəlir, eləmi? Deyirdik bu öz yerində, amma bu işdə təkcə təşkilatçılıq bacarığı yox, həm də verilişin mətnlərini qələmə alan istedadlı müəlliflərin, onların çoxlarından seçilən qeyri adi, həm də xalq ruhuyla həmahəng olan yazı üslublarının rolu var.

1973-cü ildən bu çağacan verilişə redaktorluq elədiyim illər ərzində özümün tapıb üzə çıxardığım müəlliflər qrupu olub. Onları işə cəlb eləmək üçün çox fikirləşmiş, gələcəkdə etdiyim seçimlərin xəcalətin çəkməyim deyə onlarla davamlı söhbətlər etmiş, dikussiyalar aparmışam. Çox sağ olsunlar ki, verilişin məqsəd və mahiyyətini düzgün qavradılar. Bu gün çox yerdə bizləri "Bulaqçılar" adlandırırlar. Doğrudur, müxtəlif səbəblər ucbatından verilişin zəif saylarına da təsadüf edilib. Belə vaxtlarda bəzi daimi dinləyicilərimizin şikayətləriylə də üzləşmişik. Amma tezliklə veriliş səhvlərini düzəltmiş, şöhrətini səngiməyə qoymamış, müəlliflərlə iş qaydasına düşmüşdür.

"Bulaq" çox zərif, həm dsə dəymədüşər proqramdır.Ən çox da ona görə ki, dinləyicilərlə sıx əlaqədədir. Burda yüksək jurnalist dəqiqliyi, ehtiyatkarlığı tələb olunur.Xırda bir əyinti, verilişn qayəsinin əksinə olan bir süjet saxta səslənə bilər və təbii ki, dinləyici narazılığına gətirib çıxarar. Narazılığınsa sonucu dinləyicinin radio kanalını dəyişib başqa verilişlər sorağına düşməsidir. Bununla belə müəyyən dönəmlərdə biz risqə getməkdən də çəkinmədik. Belə ki, "Bulaq" fəaliyyətə başladığı dövrdən ancaq xalqımızın folklir yaradıcılığına, onun saz - söz saxlancından seçmələrə üstünlük verirdi. Süjetlərində əsasən eposlardan, dastanlardan parçalar səsləndirir, aşıq yaradıcılığından danışır, bayatılara yer verir, adət - ənələrdən bəhs edirdi. Əlbəttə bunların da öz gözəlliyi vardı. Digəlki aralarında rabitə, kompozissiya tamlığı olmurdu. Üstəlik də bu zəngin xəzinədən sui istifadə etməmək,onun nə zamansa tükənə biləcəyi barədə fikirləşməyə də dəyərdi. Yəni xəzinə tükənəndən, təkrarçılıq baş alıb gedəndən sonra "Bulaq" neyləməli, hansı mövzulara üz tutmalıydı? Verilişin güclü dinləyici potensialı ollduğu halda xalq yaradıcılığının yalnız bir - iki sahəsini işıqllandırmaqla kifayətlənmək tərəfimizdən qəbahət sayılmazdımı? Bəs xalqın zaman - zamın yarınıb bəhrələndiyi digər bədii dəyərlər, o dəyərlərin bu günü, sabahı necə olsun? Bədii zövqün zənginləşməsində daha hansı faktorlar rol oynaya bilər, bütün bunların radio həlli nə sayaq olmalıdır? Bizcə bu sualların cavabının düzgün tapılmasından " Bulaq" ın sonrakı taleyi asılıydı. Odur ki, çox fikirləşmədən əvvəlcə xalq bədii sənətlərindən söz açmağı gərəkli sandıq.Xalçaçılıqdan, dulusçuluqdan, bədii tikmədən, zərgərlikdən,daş oyma, xəttatlılq, ev tikmə sənətlərindən söhbətlərə yer ayırdıq. Bu söhbətlər fərqli rubrikalar altında səsləndirilirdi. Burda da uğur qazandıq.Aldığımız məktublar biri birindın maraqlıydı. Nəinki Azərbaycandan, hətta sovet respublikalarından, İran, Türkiyə, Əfqanıstannan belə minnətdarlıq dolu məktublar alırdıq. Xalq bədii sənətləri barədə gedən söhbətlərdə də biz "Bulaq" ın əsas prinsiplərinə - spesifik dilinə, musiqi bəzəyinə, aktyorların ifa tərzinə diqqət yetirir, necə deyərlər, tutduğu yoldan sapmamasına çalışırdıq. Odur ki, "Bulaq" ın tematikasına əlavə olunan bu yenilik nəinki dinləyiciləri veriliş ətrafından perik salmadı, əksinə onların daha geniş marağına səbəb oldu.

"Bulaq" ın uzun illik təcrübəsindən daha bir misal.Qürur duyulmalı haldır ki, veriliş ümumiyyətlə Azərbaycanda dərgilənən mətbuatın da dilinə təsirini göstərdi, onun səhifələrini sxematik yazı üslubundan, quru ibarələrdən, orijinallıq naminə yazılara hopdurulan gəlmə ifadələrdən, sözlərdən təmizlədi.Bunların əvəzində jurnalistlər "Bulaq" dan gəlmə ifadələrə, daha çox danışıq dilinə uyğun cümlələrə üstünlük verirdilər ki, bu da həmin yazıların oxunuşunu asanlaşdırır, oixucular tərəfindən rəğbətlə qarşılanırdı. Maraqlı cəhətlərdən birisi da oydu ki, dinləyici məktublarında da yeniliyə meyil artır, müəlliflərin fikir təqdimatı xeyli sadələşir, tez həzm olunurdu. İndi onlar verilişin ünvanına göndərdikləri məktublarda gələcək dinləyicilərinə əvvəlki quru, rəsmi cümlələrlə deyil, canlı xalq danışıq dilində üz tutur, müraciət edirdilər. Bax, bunu "Bulaq" özünün kiçik də olsa şəxsi xidməti sayır.

Hazırda redaksiya bu verilişin gələcək perspektivləri barədə fikirləşir, tədbirlər planı hazırlayır.Bunlardan biri haqqında danışmaq istərdim.

Məlumdur ki, biz hazırda elmi - tərəqqi əsrində yaşayırıq.Kütləvi informasiya vasitələrinin çoxluğu nəinki müasir insanı çaşdırmır, əksinə bu vasitələr onunçun azlıq edir.O daha çox biliklər əldə etməyə can atır, çox görüb çox eşitmək istəyir.Bu yerdə matbuatın, eləcə də radionun üzərinə böyük məsuliyyət düşür.Dinləyicini necə ələ ala bilməli, onun qəlbinə, şüuruna nə sayaq nüfuz eləməli? Necə etməli ki, o əlindəki hər hansı vacib işi bir kənara qoyub radionu dinləməyə vadar olsun? Hər dəfə efirə çıxmazdan öncə "Bulaq" ın hazırlıq mərhələsində (hardasa 5 - 6 gün çəkir) bu suallara dinləyicilərimizi qane edəcək cavab tapmağa çalışırıq. Axı, məlum oiduğu kimi bu verilişin azarkeşləri saysız - hesabsızdır. İndi qalır belə geniş auditoriyaya ağıllı, yadda qalan söz demək, onu "Bulaq" həngi maarifləndirmək, insani keyfiyyətlərə yiyələnməsində yardımçı olmaq. Məlumdur ki, cəmiyyətimizdə hələ də qanun - qadağalara tabe olmayan antipodlar yox deyildir.Bir sözlə həlli vacib olan problemlər hələ də qalmaqdadır. Bunların müsbət həlli həm də insanların bəd əməllərdən qurtulub doğru yola gəlməsinə kömək edə bilər.Bu mənada "Bulaq"ı narahat eləyən çatışmazlıqlar da bəs deyincədir. Məsələn ekoloji tarazlığa əngəl olan amillər; dənizin,havanın çirklənməsi, fauna və floradan elmi surətdə, düzgün istifadə olunmaması, gənc nəsillərlə yaşlılar arasındakı münasibətlərin nasazlığı, təzə yaranan adətlərdəki milli mentalitetimizə zidd olan elementlər, şəhərin kəndə təsirində müsbət və mənfi tərəflər, milli geyimlərin kobudcasına deformasiyaya uğraması, şəhərlərin bədii tərtibatındakı kəmkəsirlər... Bütün bunlar barədə "Bulaq" ın hər sayında kəskin publisistik çıxışlar edilir ki, bu da yalniz və yalnaz dinləyicilərin razılığına səbəb olur. Adətən bu sayaq çıxışlara "Biz və bizim dərdlərimiz" adlı rubrikada yer ayrılır.Bəzən bu rubrika altında öz fikir və düşüncılırini dinləyicilərə yetirmək üçün adlı - sanlı mütəxəssislər, alimlər məhz "Bulaq" verilişini məqbul sayır, ona üz tuturlar. Onların qələmə aldığı mətnlər redaksiyada diqqətlə oxunur, problemin aktuallığı, verilişin özəl məziyyətlərinə nə dərəcədə uyarlığı və təbii ki, dili müzakirə edilir.Bundan sonra həmən müəllifin razılığıyla mətnin dili üzərində gərgin iş aparılır ki, müəllif həmin mətni məmnuniyyətlə qəbul edib efirdə oxuyur. Sonradan həmən müəllif, tutaq ki, alim, professor, tələbə,yaxud fəhlə gəlib "Bulaq" da çıxış eləmək istəyəndə, yaxud məktub yollayanda verilişin üslubuna uyğun canlı xalq danışıq dilinə üstünlük verir ki, bu da redaktə prosesində bizləri əlavə əziyyətdən qurtarır.

Buradan belə bir nəticəyə gəlmək olar:

1. Janrından asılı olmayaraq bütün radio proqramları xalqın ürəyindən xəbər verməlidir.Bizdə bir məsəl var, deyir, xalqın gözü tərəzidir. Bəli o, hər şeyi layiqincə qiymətləndirir.Əyər radio verilişi xalq arasında müsbət mənada əks - səda doğurmursa deməli o hardasa dinləyiciyə yaddır,ona çatmır.Bu məqamda müəllif bunun səbəbini özündə axtamalıdır.Ya tapmalı, ya da verilişdən imtina etməlidir.

2. Bütün verilişlər, hətta elmi publisistik proqramlar belə mənsub oiduğu xalqın gündəlik işlək dilində yayımlanmalıdır. Jurnalist çalışmalıdır ki, onun hər bir cümləsi dinləyici yaddaşında ayrı ayrılıqda yaşamaq hüququ qazansın.Özünün oynaqlığı, yığcamlığı, obrazlılığı ilə

3. Veriliş boyu istifadə olunan musiqi parçaları təqdim olunan mətnlə üzvi surətə bağlı olmalıdır.

4. Hər bir verilişin öz rəngi, obrazı, mətnə uyğun ovqatı olmalıdır.Bu komponentlər ilk növbədə özünü aparıcıların səsində büruzə verməlidir. "Bulaq" verilişində olduğu kimi. Buradakı aparıcıların biri müdrük, çoxbilmiş bir ağsaqqal, digəri həlim, şirin dilli, ev canlı, ailə canlı, dünya görmüş ağbieçək nənədir. Və sanki onlar qabaqlarındaki mətni üzündən oxumur, eləcə üzbəüz bardaş qurubanı söhbət edirlər. Onçu da deyib danışdıqları məmnunluqla qəbul edilir.Çünki xalqın ağıllı, nəsihətamiz sözə həmişə ehtiyacı var. Bəlkə də buna görədir ki, verilişin ünvanına gələn məktublar adətən bu sözlələ başlayır: "Salam, ay Bulaq dədə, xoş gördük, ay Bulaq nənə."

5. Hər verilişin auditoriyasının yüksək mənada tərbiyə olunması barədə düşünmək lazımdır. Buna görə hər bir radio verilişinin alı məqsədi, zəngin, kəsərli söz ehtiyatı olmalıdır. Bizim "Bulaq" kimi. Artıq 10 - cu ildir ki, hər bazar günü 19.30 - da efirə çıxır və hər dəfəsində dinləyicilər tərəfindən təzə veriliş təki qəbul edilir.Auditoriyanın genişliyi, dinləyici sevgisi yaradıcı heyyət üçün əsl xoşbəxtlikdir. Amma bu xoşbəxtlikdən məst olmamaq gərəkir. Unutmaq olmaz ki, qocaman radionun televiziya və kino kimi iki qəddar düşməni var. Radio efirinə sızan hər xırdaca nöqsan onun efir taleyinə böyük zərbə ola bilər. "Bulaq" ın ömrü dinləyici sayğısından,folklor incilərinin zənginliyi baxımından nə qədər asılıdırsa onu xüsusi bir qayğıyla, incəliklə hazırlayıb meydana çıxaranların məhəbbət və ehtiramının böyüklüyündən, uzun ömürlüyündən də çox asılıdır. Nə yaxşı ki, ulu Yradan bu məhəbbət və ehtiramı onlardan əsirgəməyib.

P.S. Sonda bir daha qeyd etməyi lazım bildim ki,bu referatı 1980 - ci ildə Moskvada SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyət göstərən üç aylıq ixtisas artırma kurslarında oxuyarkən yazmışam.Sonra həmin il Bakıdan mənimlə birgə paytaxta gəlib operator kurslarında təhsil alan həmkarım İslam Quliyev onu ruscaya çevirdi. Jurnalistlər kursunun rəhbəri Qaymakova, eləcə də Şabalovkada bizimlə məşğul olan digər görkəmli teleradio əməkdaşları bu işimə yüksək qiymət vermiş, ünvanıma xoş sözlər söyləmişlər. Onları ən çox maraqlandıransa bir verilişin 10 ildən çox efirdən düşməməsi faktı olmuşdu.Görəsən onlar bu günlərimizdə də sərhədsiz efir məkanında qəddi - qaməti düz, alnı açıq, üzü ağ cövlan eləyən 50 yaşlı "Bulaq"ımızın varlığından xəbər tutsalar reaksiyaları necə olar ?!adalet. az

2 May 2019
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi