ƏSAS SƏHİFƏ Yazarlar Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 - Gülşən Mehdizadə

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 - Gülşən Mehdizadə

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik yubileyi ərəfəsindədir. Bu yubiley ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixindəki bəzi məqamları qələmə almağı vacib bilirik. Tariximizi unutmamaq gələcək nəslə də bir örnəkdir. Odur ki, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun rəhbərliyi, tərtibatı və təqdimatı əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi tədqiqat mərkəzinin kiçik elmi işçisi Mehdizadə Gülşənin məqaləsini təqdim edirik. Beləliklə, bəzi məqamlara səyahət edək.


Mənalı ömür keçirmiş, bu günün özündə də qələmini bir an yerə qoymayan ədəbiyyatşünas alim, uşaq ədəbiyyatının tanınmış tədqiqatçısı, tənqidçi və tərcüməçi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ədəbiyyatın tədrisi texnologiyası” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Füzuli Feyruz oğlu Əsgərli elmi-bədii fəaliyyət göstərən alim olmaqla yanaşı, tələbələri üçün sevimli müəllim, həmkarları üçün etibarlı dost, yoldaş, ailə üzvləri üçün qayğıkeş ailə başçısıdır. O, övladları və nəvələrinin həyatında düzgün həyat tərzi ilə örnək və bələdçidir.


Bir insanın həyat yaradıcılığı və şəxsiyyəti ilə yaxından öyrənmək gərək olduqda ilk növbədə onun ailə üzvlərinə və iş yoldaşlarına müraciyət etməyi qət edirsən. Təvəzökar alimin özünə müraciət etdim: “Mən nə deyə bilərəm, axı” deməklə kifayətləndi. Bu illər ərzində alimin elmi fəaliyyəti haqda çoxsaylı məqalələr dövrü mətbuatda öz əksini tapmışdır.

Bu məqalənin hazırlanmasında mənə yaxından kömək edən təvazökar alimin övladı, həmkarım Şəfa Əhməd- ovaya dərin təşəkkürümü bildirirəm. Şəfa Əhmədova atasının fəaliyyətindən, özəlliklə də “Məşəl” tələbə teatrından bəhs etməzdən öncə gözlərində qəribə, sevinc işıltısı sezildi, sanki uşaq illərinə səyahət edirmiş kimi bir qədər fikrə dalıb sözə başladı: “Atam məni tamaşaların məşq- lərinə aparardı. Uşaq olmağıma baxmayaraq, atamla o sevinci və həyəcanı birlikdə yaşayırdım”.Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 - Gülşən Mehdizadə
(Altay Məmmədovun “Həmyerlilər” tamaşasından Gümüşov rolunda)

Füzuli müəllim dramaturq Altay Məmmədovun "Həmyerlilər" komediyasını filologiya fakültəsinin "Məşəl" dram kollektivinin iştirakı ilə 1973-cü ildə institutun böyük akt zalında tamaşaya qoymuşdur. Tama- şada Balvazov obrazını tələbə Malik Qədimov özünəməxsus ustalıqla canlandırmışdır. Obrazın xarakterini dərindən duymuş, oynadığı rola böyük məsuliyyət hissi ilə yanaşmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 - Gülşən Mehdizadə

Gümüşov rolunda isə Füzuli Əsgərli özü çıxış edirdi (qeyd edək ki, hazırda ADPU-nun “Ədəbiyyatın tədrisi texnologiyası” kaferasının dosentidir). Dram dərnəyi¬nin bir neçə tamaşalarından komik aktyor kimi tanınmışdı. Füzuli Əsgərli Gümüşov rolunu bürokrat, kobud, iyrənc, bayağı xarakterini tamaşaçıya zəngin boyalarla çatdırırdı. Onun oyunu tamaşaboyu şən və mənalı gülüş doğururdu.

Tələbə aktyorlardan Aydın Paşayev, Südabə Məmmədova, Zemfira Məmmədova, Sevil Səfərova, Allahverən Nəzərov, Rəfiqə Əhmədova, Kamil Bəşirov bu tamaşada yadda qalan həəskar aktyorlardan olmuşlar.

"Həmyerlilər"in "Məşəl" dram dərnəyi tərəfindən müvəffəqiyyətlə tamaşaya qoyulmasında quruluşçu rejissor Füzuli Əsgərlinin böyük rolu olmuşdur. Münsiflər Füzuli Əsgərlini hətta görkəmli komik aktyor Bəşir Səfəroğlu ilə də müqayisə edirdilər.

F.Əsgərli Əfqan Əsgərovun “Qız atası” tamaşasında Heydər rolunda
Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 - Gülşən Mehdizadə
Tamaşalarda dram teatrının tanınmış aktyorları da tamaşaçı kimi iştirak edirdilər. Bundan başqa, Füzuli Əsgərli S.Rəhmanın "Toy", "Xoşbəxtlər" pyeslərini, yazıçı-dramaturq Ə.Əsgərovun "Qız atası" tamaşasını quruluşçu rejisorluğu altında ərsəyə gətirmişdi. Hətta müəllif Ə.Əsgərov “Qız atası” tamaşasında özü də bir müəllif-tamaşaçı kimi iştirak etmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 - Gülşən Mehdizadə
Altay Məmmədovun “Həmyerlilər”
tamaşasında Heydər rolunda (sağdan: F.Əsgərli Gümüşov rolunda)

"Məşəl" dram dərnəyindən peşəkar teatr səviyyəsinə kimi ucalan teatr və kino aktyoru, xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz Füzuli Əsgərli haqqında deyir: “Bəzən insanın həyatında elə adam olur ki, o anda onun qədrini, qiymətini lazımınca bilmirsən.


Zaman keçdikcə müəyyən bir məqama, yaşa gəlib çatanda dərk edirsən ki, sənin həyaında özün də hiss eləmədən bu insanınçox böyük rolu olub. Bu mənada o illəri xatırlamaq mənə çox maraqlıdır: Mənim Füzuli müəllimlə tanışlığım tələbəlik illərimə təsadüf edir. Biz kənd uşaqları olaraq gəlib Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə qəbul olmuşduq. Hər kəs öz doğma ocağından ayrılıb gəlib qərib bir məkana düşüb və özünü 2000-3000 tələbədən biri hiss edirdi. Heç kim bir-birinə öyrəşə bilmirdi. Xüsusilə də 1-ci kursda...


Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 - Gülşən Mehdizadə

Ramiz Novruz İ. Əfəndiyev və
İ.Qasımovun“İntizar” tamasından

Filologiya fakültəsi olaraq birinci müraciətlər bizə olurdu. Füzuli müəllim Pedaqoji İnstitutun tələbələrdən ibarət dram dərnəyinin bədii rəhbəri idi. O, bizə: “Kim özündə inam hiss edirsə dram dərnəyinə gəlsin”, – deyə müraciət etdi. Mən də bu təklifdən yararlanıb dərnəyə yazıldım. Çünki, mənim orta məktəbdən bu sahəyə marağım var idi. Məhz bu səbəbdən də ilk olaraq sənədlərimi İncəsənət İnstitutuna qəbul olmaq üçün vermişdim. Bir fəndən kəsildiyim üçün sonradan Pedaqoji İnstituta daxil oldum.


Yaxşı xatırlayıram,1975-ci ilin mayında faşizm üzərində qələbənin 30 illik yubileyi ilə əlaqədar olaraq M.Hüseyn və İ.Əfəndiyevin birgə yazdıqları “İntizar” pyesindən Füzuli müəllim mənə nə az, nə çox, baş rolu təqdim etdi. Müharibədə gözlərinin nurunu itirmiş, kontuziya almış obrazı canlandırmalı idim. Çox dramatik və maraqlı obraz idi: sevdiyi qız onun müharibədən geri qa- yıtmasını intizarla gözləyir. Füzuli müəllimin peşəkarcasına qoyduğu tamaşanın ən həyəcan- verici anı o olmalıydı ki, qəhrəmanın gəlişini və ailəsi ilə görüşünü tamaşaçıya çatdırmaq üçün bir çox emosional duyğular nümayiş edilməsi gərək idi...


Sonralar dərk etdim ki, Füzuli müəllim çox böyük peşəkarlıq nümayiş etdirmişdir. O, özü dərk edirdi ki, tələbələrdən – heç bir aktyorluq vərdişləri olmayan adi tələbələrdən bu emosional hissləri almaq çətin olacaq. Təbii ki, biz obrazı onun istədiyi kimi tam canlandıra bilməzdik. Mən hiss edirdim ki, canlandırdığım obrazda nəsə çatışmır. Peşəkar olmadığımız üçün Füzuli müəllim bunu bizdən tələb edə bilməzdi. Bir gün məşqlərin birində mən ondan soruşdum ki, kor adam ağlayanda gözündən yaş gəlirmi? Bu suala təəccüblənən Füzuli müəllimin gözləri böyüdü və sevincək dedi: “Ramiz, elə gəlir, lap sel kimi”. Bu sözləri o, emosiya ilə söylədi. Mən onun deyimindən duydum ki, o demək istəyir: bunu bacarırsansa oğulsan, kişi adamsan! Bəli, tamaşa çox uğurla alındı!

Füzuli müəllim bizi böyük tələbə ordusundan başqa bir aləmə aparmaqla, sanki siz “lazımlı, gərəkli adamlarsınınz, tələbələrsiniz” inamını bizdə formalaşdırmışdı. O, insanlara “lazım- lısınız” hissini təlqin edə bilirdi. Bu bizim yaddaşımıza əbədi yazılmışdı. Sonralar çox dost- laşdığım Laçın qardaşımla (Füzuli müəllimin qardaşı) S.Rəhmanın “Ulduz” komediyasında bir səhnəni paylaşaraq mən Bəxtiyar obrazını, o, isə Gülümsərovu çox gözəl oynadıq. Bizim üçün çox şirin bir dövr keçirdi.


Müəyyən dövrdən sonra mən Pedoqoji İnstitutdan getdim. Buna baxmayaraq mütəmadi olaraq Füzuli müəllimlə əlaqə saxlayırdım. Çünki Füzuli müəllim həyatda itiriləsi, unudulası insanlardan deyildi!
Uzun illərdən sonra peşəkar teatr həyatımda Füzuli müəllimlə yenə rastlaşdım. Belə oldu ki, quruluşçu rejissor Ramiz Həsənoğlu bir televiziya filmi çəkirdi: Litva dramaturqu Albertas Laurinçukasın “Qapalı orbit” (“Ortabab amerikalı qadın”) adlı əsəri Amerika həyatından bəhs edirdi. Mənə orada balaca, epizodik rol təklif olunmuşdu: işə düzəlmək istəyən bir zənci obrazı idi. Əvvəlcə bu rolu oynamağı özümə sığışdırmadım: “Yox, istəmirəm, oynamayacağam”, – deyə etiraz etdim. Sonra pyesi mənə verəndə əsərin üzərində oxudum ki, tərcüməçi Füzuli Əs- gərlidir, bundan sonra əlim-qolum boşaldı və dərhal razılıq verdim. Elə bil öz içimdə Füzuli mü- əllimə yox deyə bilmərəm! Füzuli müəllimin əli dəyib tərcümə edibsə, mən buna yox deyə bil- mərəm! – deyə düşündüm. Bu televiziya filmi “Qarabağ” adına kinostudiyada çəkilirdi. Füzuli müəllim də orada idi. Ondan sonra Füzuli müəllimlə bir şox yerlərdə görüşdük.

DAVAMI VAR...

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu