ƏSAS SƏHİFƏ Yazarlar Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 – III yazı

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 – III yazı

Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illik yubileyi ərəfəsindədir. Bu yubiley ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixindəki bəzi məqamları qələmə almağı vacib bilirik. Tariximizi unutmamaq gələcək nəslə də bir örnəkdir. Odur ki, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun rəhbərliyi, tərtibatı və təqdimatı əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi tədqiqat mərkəzinin kiçik elmi işçisi Mehdizadə Gülşənin məqaləsini təqdim edirik. Beləliklə, bəzi məqamlara səyahət edək.

Füzuli Əsgərlinin həyat və fəaliyyətinə nəzər saldıqca şahidi oluruq ki, ondakı əzmkarlıq, zəhmətkeşlik, elmə həvəs, ədəbiyyata, folklorumuza maraq və sevgi ailəsindən: atası Feyruz Mir Əsgər oğlundan, anası Xeyransa xanımdan, ailənin himayəsində yaşayan nənə kimi sevilən, kim- səsiz Tamam qarıdan və nəhayət, alimin ehtiramla xatırladığı sinif müəllimi Abıhüseyn Xəlifə- lidən, Azərbaycan dili və ədəbiyyat fənlərini müxtəlif illərdə tədris edən müəllimləri Məmməd Nəbiyevdən və Leyla xanım Əliyevadan qaynaqlanır. Ailənin ilk oğlan övladı olan Füzuli mü- əllim ilin ən gözəl çağında, ilin sonuncu çərşənbəsində təbiətin bayram ovqatında, bütünlükdə bu əhval-ruhiyyə insanlarda müharibə səbəbindən duyulmasa da, Feyruz kişinin ailəsində ilk oğlan övladın dünyaya gəlişi sevincini yaşatmışdı.

Hər birimiz Füzulu Əsgərlini istedadlı alim və humanist müəllim kimi tanıyırıq. Köhnə nəsil Füzuli müəllimin incəsənətlə, tearla bağlı fəaliyyətindən məlumatlı olsalar da gənc nəsil bu barədə bilmir. Füzuli Əsgərlinin həmkarı filologiya üzrə elmlər doktoru, professor Yaqub Ba- bayev “Bir alim ömrünün hekayəti, yaxud 70-ci ilin baharı” sərlövhəli məqaləsində onu yetişdirən mühit haqqında və “Məşəl” tələbə teatrına bədii rəhbərliyi fəaliyyətindən yazır: “..

Sonuncu çərşənbədə, bayram ərəfəsində dünyaya göz açdığı üçün atası əvvəl ona Bayram adı qoy- maq istədi. Ancaq sonra fikrini dəyişib Füzuli adını verdi. Atanın yenicə doğulmuş oğluna belə bir ad seçməsi onun ustad şairimiz Məhəmməd Füzuliyə rəğbətindən irəli gəlirdi. Belə ki, böyük ədəbiyyat, poeziya həvəskarı olan Feyruz kişi özü də arabir şeirlər yazırdı. Onun hədsiz mə- həbbətlə sevdiyi və vurğunu olduğu şairlərdən biri də elə birincisi də Məhəmməd Füzuli idi. Həmin vurğunluq və məhəbəttin təzahürü kimi oğluna da Füzuli adını qoydu...

Füzuli müəllim gözlərini açanda, evdə atasının az-çox toplayıb yığdığı kitabları, yəni balaca bir kitabxana görüb. Bir tərəfdən bu kitablar, bir tərəfdən də təbiətində yaranan elmə, ədəbiyyata həvəs onda oxumağa çox erkən maraq oyadıb...

Füzuli müəllimin anası Xeyransa xanım zəhmətkeş, istiqanlı, açıqgöz bir qadın idi. Çoxlu sayda xalq ədəbiyyatı nümunələrini sinəsinə yazmışdı. Nə qədər desən bayatı bilirdi. Xeyransa xanım toylarda qadın məclislərində qadın halayının başında durar, “A yordu, yordu, yordu, görək kim kimi yordu” şəklində başlanan mahnı-deyişmədə həmişə qalib olardı.

Xeyransa xanım doqquz uşaq anası olub. Bu böyük ailənin cəfasını çəkmək, əlbəttə, asan iş deyildi. Lakin Xeyransa xanım əzabkeş, qayğıkeş analıq şərəfini ləyaqətlə qoruyub, övlad- larına fədakarlıqla analıq edib. Füzuli müəllimin bir ziyalı kimi yetişməsində anasının əvəzsiz rolu olub. İllər ötüb keçsə də, o, ana şəfqətini yenə də üstündə hiss edir. Qayibanə olsa da.
Feyruz kişinin evi ikimərtəbəli, çoxotaqlı idi və o, otaqlardan birini nənə kimi sevilən, kimsəsiz, xeyirxah insan Tamam nənəyə ayırmışdı. Tamam nənə zahirən bu otağın tək sahibi olsa da, uşaqlar həmişə onun başına yığışardılar. Tamam nənə də folklor nümunələrini bilməkdə sinədəftər idi. Xalq təbabətini, türkəçarələri gözəl bilir, bir sıra xəstəlikləri müalicə edirdi. O, qərib həyatı sürsə də kiçik Füzulinin doğma nənəsini əvəz edirdi. İndi də onu şirin və xoş xati- rələrlə yada salır. Bu mehriban, həlim və istiqanlı qarı uşaqları həmişə başına yığar, onlara şirin nağıllar danışar, folklor örnəkləri deyərdi. Onun danışdığı və indi də Füzuli müəllimin hafizə- sində yaşayan “Tiləpəpirin nağılı”, təəssüf ki, hələ də heç bir yerdə çap olunmayıb. Sinəsi söz xəzinəsi olan bu həlim nənədən öyrəndiyi xalq yaradıcılığı nümunələrindən o, bu gün də yeri gəldikdə auditoriyada da istifadə edir.

Füzuli müəllimin ilk dəfə kənd kitabxanasına getdiyi gün də yadındadır. Onda onun cəmi səkkiz yaşı var idi. Çaxırlı kəndində bir kitabxana və bir qiraətxana vardı. Atası balaca Füzulinin kitaba olan sonsuz marağını görüb oğlunu kitabxanaya üzv yazdırdı. İlk dəfə o, kitabxanaçı Ma- nisə xanımın məsləhəti ilə S.S.Axundovun “Qorxulu nağıllar” kitabını aldı. Xeyirxah bir insan olan Manisə xanım Füzulinin səliqəli, həvəskar bir oxucu olduğunu, tez-tez kitab aldığını görüb, ona daha böyük həcmli kitablar təklif etməyə başladı. Artıq 10-11 yaşlarında Füzuli öz tay-tuşlarından fərqli olaraq daha çox kitab mütaliə etmişdi.

Kitabxana ilə əlaqəli maraqlı bir əhvalat da onun indiki kimi yadındadır. Belə ki, 10-11 yaşlı uşağın adına iri həcmli kitabların olduğunu görən Bakıdan gələn komissiya üzvləri belə hesab edirlər ki, həmin kitabları kitabxanaçı saxta şəkildə anketə özü yazıb. Kəndin kuryeri ilə Füzulini çağırtdırdılar. Anketdən oxuyurlar ki, Füzuli sonuncu dəfə L.Kassil və M.Polyanov-skinin qələmə aldıqları “Kiçik oğul adına küçə” əsərini götürüb. Həmin əsərdən Füzuliyə suallar verirlər. Balaca Füzuli həmin suallara utana-utana, lakin doğru-dürüst cavablar verir. Onlar Füzuliyə: “Sağ ol, oğlum”, - deyə minnətdarlıq edirlər. Bu əhvalat onun kitaba həvəsini bir az da artırır. Komissiya üzvləri kitabxanaçının işindən razı qalırlar.

Füzuli müəllim Çaxırlı kəndində ancaq ibtidai təhsil ala bildi. Çünki kənddə yalnız ibtidai məktəb fəaliyyət göstərirdi. Sonra o, qonşu Kəbləhüseynli kəndindəki yeddillik məktəbin 5-ci sinfinə yollandı. Bir kilometr aralıqda yerləşən qonşu kənd məktəbinə qışın soyuğunda, yazın, payızın yağışında, palçıqda, suda həmişə piyada gedib gəlirdi. Özü də paltosuz və çantasız. Ailə maddi cəhətdən o qədər də təmtəraqlı olmadığından valideynlərin buna imkanı yox idi. Balaca Füzuli kitablarını qışın soyuğunda da qoltuğunda daşıyırdı...

Orta məktəbi bitirib 18 yaşına çatdıqda gənc Füzulini hərbi xidmətə göndərdilər. O, üç il Çelyabinsk vilayətində məxfi hərbi hissədə xidmətdə oldu. Mülki həyata qayıtdıqdan sonra Bakı şin zavodunda yığıcı, leytenant Şmidt adına zavodda (sonra Səttarxan adına oldu) tornaçı işlədi.

1969-cu ilin 8 mart günü Füzuli müəllimin həyatında ən əlamətdar günlərdən biri oldu. Həmin gün o, orta məktəb müəlliminin qızı Elmira xanımla ailə həyatı qurdu. Bu nəcib və sə- daqətli Azərbaycan qızının ayağı düşərl oldu. Məhz həmin il gənc Füzuli ADPİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinin əyani şöbəsinə daxil oldu. Cəfakeş, ailəcanlı, səmimi ömür-gün yoldaşı olan Elmira xanım həyat yoldaşının uğurla təhsil alması üçün heç nəyi əsirgəmədi. Müxtəlif istehsalat müəssisələrində işlədi, ailənin maddi təminatı yolunda cəfakeşliklə çalışdı.

Tələbəlik illərində gənc Füzuli elmi, savadı və ictimai fəallığı ilə diqqəti cəlb etdi. Qrup nümayəndəsi, komsomol komitəsinə üzv seçildi. “Məşəl” tələbə teatrına bədii rəhbər təyin edil- məsi isə onun bacarığının, istedadının yeni keyfiyyətlərini üzə çıxardı. O, həvəskar tələbələrin iştirakı ilə N.Hikmətin “Unudulan adam”, A.Safranovun “Kişilərə inanmayın”, S.Rəhmanın “Toy”, “Xoşbəxtlər”, A.Məmmədovun “Həmyerlilər”, “Kişilər”, və sair əsərləri müvəfəqiyyətlə tamaşaya qoydu. Teatr dərnəyinin üzvləri tələbə teatrının respublika müsabiqələrində, radio və televiziya verlişlərində uğurlu çıxış etdilər. Azərbaycan Respublikasının xalq artisti Ramiz Nov- ruz da “Məşəl” tələbə teatrının yetirmələrindəndir. Bu gün onunla bir yerdə çalışan həmkarları – Qüdrət Umudov, Kamil Bəşirov da o dərnəyin fəal üzvlərindən olublar. Teatr sahəsindəki uğur- larına görə Füzuli müəllim Moskvadan “Bədii özfəaliyyətdəki uğurlarına görə” Döş nişanı ilə təltif edilib.

Gənc Tamaşaçılar Teatrında Məmmədhüseyn Təhmasibin “Rübailər aləmində” əsərinin tamaşası ilə bağlı müzakirədə etdiyi çıxış Füzuli müəllimin həyatının dönüş nöqtəsi oldu. Sağlam düşüncəli çıxışı ilə iştırakçıların, o cümlədən, xeyirxah insan, gözəl alim, pedaqoq-tənqidçi Əhəd Hüseynovun diqqətini cəlb etdi. Əhəd müəllim ona elm dalınca getməyi tövsiyə etdi, onu elmə həvəsləndirdi. Həm elmi potensialına, həm də teatrdakı uğurlu fəaliyyətinə görə 1973-cü ildə Füzuli müəllim ADPU-da işə qəbul edildi. O, elmi-publisistik, teatr və bədii tərcümə ilə bağlı daha intensiv fəaliyyətə başladı.

Füzuli Əsgərli Azərbaycanın ədəbi meydanının təcrübəli, peşəkar və məhsuldar tərcü- məçilərindən biridir. Bir sıra dünya xalqlarının dəyərli ədəbiyyat nümunələrini dilimizə tərcümə etmişdir. Onun mütərcim xəritəsi milli baxımdan rəngarəngdir. Moldav yazıçısı Filip Mironov, Litva dramaturqu Albertas Laurinçukas, eston yazıçıları Eduard Vilde, Anton Tammsaare, Paul Kuusberq, Andres Yaaksoo, türkmən yazıçısı Berdinəzər Xudaynəzərov, qazax yazıçısı Kal- darbay Naymanbəyev, gürcü yazıçısı Nodar Dumbadze, rus yazıçıları Aleksey Tolstoy, Nikolay Nosov, Aliksey Osipov, Yan Larri, Konstantin Sergiyenko, norveç uşaq yazıçısı Anne Vestli, Ukrayna yazıçısı Miroslav İrçan, italyan yazıçısı Karlo Lorensini-Kollodi və digər qələm sahib- lərinin bir sıra bədii yaradıcılıq örnəkləri Füzuli müəllimin qələmi ilə ana dilimizə çevrilmiş və nəşr edilmişdir...”(1.s.31)

“Türküstan” qəzeti, 2015, 15-21 fevral.
“Gənc müəllim” qəzeti, 2015, fevral.
“Təhsil işçisi” qəzeti, 2015, 02 mart.

Füzuli müəllimin “Məşəl” tələbə dram dərnəyinin bədii rəhbəri kimi fəaliyyətini ADPU-nun “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru və gənclik çağlarında “Məşəl” tələbə dram teatrının aktyoru olmuş Kamil Bəşirov “70 yaşlı cavan Füzuli müəllim” adlı məqaləsində yazır: “...Biz hələ keçən əsrin 70-ci illərinin əvvəllərindən tanışıq. Yaxşı yadımdadır, o vaxt mən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin birinci kursunda oxuyurdum. Bir gün dekan müavini mərhum müəllimimiz dosent Quşdan Bağırov yanında cavan oğlanla auditoriyamıza daxil oldu və onu bizə təqdim etdi. Dedi ki, Füzuli fakültənin nəzdində fəaliyyət göstərən dram dərnəyinin rəhbəridir. Fikri var ki, bu yaxınlarda dramaturq Altay Məmmədovun “Həmyerlilər” komediyasını tamaşaya qoysun. Ona görə də, bu tamaşada iştirak etmək üçün uyğun tələbələr seçirik, kimin həvəsi və bacarığı varsa, irəli çıxıb adını yazdırsın. Bir neçə nəfər bu arzuda olsa da, Füzuli müəllim qrup- dan yalnız ikimizi – məni və Malik Qədimovu seçdi. Dərsdən sonra ona yaxınlaşdıq və hərəmizə bir rol tapşırdı, mənə şair Maşallah rolu düşdü. Biz elə həmin gündən digər tələbə yoldaşları- mızla birgə məşqə başladıq. Baş rolda – Gümüşov rolunda təbii ki, Füzuli Əsgərli özü oynayırdı. Çox ciddi çalışmalar nəticəsində qısa bir müddətdə tamaşanı hazırlaya bildik. Əsər institutun böyük akt zalında tamaşaya qoyulmalı idi. Tamaşadan bir az əvvəl Füzuli müəllim bizi xəbərdar etdi ki, baxış əvvəlcə yalnız fakültə müəllimləri və tələbələri üçün nəzərdə tutlsa da, sonra bütün institut üçün oynayacağıq, o cümlədən, institutun rəhbərliyi, şəxsən rektor Haşım Ağayev də zalda tamaşaçı qismində iştirak edəcək. Bu bizi bir az həyəcanlandırdı, yəqin elə buna görə də uşaqların birindən rolda istifadə üçün borc aldığım və neçə vaxt cibimdə gəzdirdiyim qalstuku itirdim, hara qoyduğumu bilmədim. Elə bu vaxt fakültəmizin komsomol təşkilatının (indi “gənclər təşkilatı” adlanır – K.B.) katibi Ramazan Qafarlı səhnə arxasına keçdi (hazırda o, filologiya üzrə elmlər doktoru, professordur). Gözümü boynundakı qəşəng qalstukdan çəkə bilmədiyimi dərhal hiss elədi və bir söz soruşmadan qalstuku çıxarıb mənim boynuma taxdı və əlavə etdi:

Şair, əgər ifa etdiyin rol xoşuma gəlsə, bu qalstuku sənə bağışlayacağam.

Sonda elə də elədi.Tamaşa çox uğurla keçdi, bütün zal bizi alqışladı. Səhv etmirəmsə, fakültə dekanı professor Afad Qurbanovun təşəbbüsü ilə bizə pul mükafatı da verildi...

Allahın bəxş etdiyi istedad, obyektivlik, xeyirxahlıq, səmimilik, zəhmət və insansevərlik Füzuli müəllimin bir insan kimi şəxsiyyətinin ən xarakterik cəhətləridir...”(1.s.144)
29 mart 2015-ci il.

Həmçinin, Füzuli müəllimin ssenari müəllifliyi ilə radionun “Firuzə” tələbə dram tea- trında “Məşəl”in aktyor heyəti dəfələrlə çıxış etmişlər. “Məşəl” tələbə dram dərnəyi Azərbaycan televiziyasında da tamaşaçılar qarşısında öz məharətlərini nümayiş etdirmək şansına da nail olmuşlar.

DAVAMI VAR...

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu