Bizi izləməyi unutmayın

#Yazarlar

Tənhalığın yeganə düsturu tənhalığa məhkum olmaqdır...

23-03-2016, 21:35 | 3 8782 dəfə baxılıb.

Tənhalığın yeganə düsturu  tənhalığa məhkum olmaqdır...
Məğlub olmuş məzlum qadınlar,
Qələbə qazanmış fahişə qadınlar,
HƏYATIN ƏLVİDA MELODİYASI ...


- Pritça –

Tənhalığın yeganə düsturu
tənhalığa məhkum olmaqdır...

Maya yazır ...


Yəqin ki, bu yazım çoxlarına qəribə gələcək. Lakin yazmalı idim, yazmaya bilməzdim. Hamı qadın əxlaqsızlığından yazır, ancaq kişilərin əxlaqsızlını görməzdən gəlirlər. Düzü, deyirlər ki, istənilən güclü kişinin arxasında qadın dayanır. O da ki, kişi özünü kişi kimi təsdiqləyərsə, əgər. Kişilər istəyəndə qadını bədbəxtliyə, uçuruma yuvarlaya bilər. İstərsələr də bir kəlmə ilə qadınları uçurumdan geriyə qaytarar. İstərsələr, əgər.


Qadın fahişə ola bilməz, istəsə də ola bilməz. O yolda olsa belə. Çünki qadın anadır, bacıdır, həyat yoldaşıdır. Düzü, bəzi bədxah qadınlar da var ki, asan yolu seçdiklərini zənn edirlər. Halbuki, belə insanlara heç insan kimi baxmaq da olmur. Sadəcə belələri mənliyini, arını, namusunu itirmiş insancıqlardır, mənim fikrimcə.


Namus fərziyyələr topluluğundan reallığa çevrilmiş düşüncə külliyyatıdır, sadəcə. Başqa cürə heç nə. Elə bil ki, qadınlar kişilərin, kişilər də qadınların həyatını məhv etmək üçün sövdələşiblər. Ən azı damğa vurmaqla həyat korlamaqla məşğul olurlar. Bircə an da olsun bir kənara çəkilib düşünmürlər ki, birgün insan övladının tökdüyü göz yaşları leysan olub kainatı ağuşuna ala bilər.


İnsanın insana güvənməyinin bircə yolu var. O da sadəcə güvənməkdir. Bu dəfə ki yazımda yaxın bildiyim bir qadın haqda yazmaq istəyirəm. O, artıq bu həyatda yoxdur. Məhv etdilər onu, diri-dirini gəbərtdilər, onu. Dediqodu ilə. Vəssalam.

Leyla. Saatın əqrəbləri, rəqəmləri kimi nə vaxtsa sona çatan, zamanın leylası, o qadın...

Doğurdan da Leyla kimi qara gözləri vardı, onun. İndi ən yaxın rəfiqəmin taleyini yazıram. Nə qədər yaxşı alınıb deyə bilmərəm. O da mənim kimi analıq qorxusu ilə yaşayırdı. Dərdlərimizi bölürdük gizlincə. İmkan vermirdi ki, analığımız bizim görüşməyimizə, yasaqlamışdı. Hətta eyni məktəbdən - eyni yolu qəbahətli insanlar kimi qorxa-qorxa gəlirdik. Onaltı yaşı olanda Leyla nişanlandı. Tanımadan,bilmədən ailə qurmağa məcbur etdilər, onu. Üstəlik atasından da həddən çox qorxurdu. Leylanın atası sərt adam idi. Guya ki, atası onun sözündən çıxsa idi, onu öldürərdi, təsəvvür edirsinizmi, öz qızını, Leylanı. Ata onun üçün dünya demək idi. Düşündü ailə qurarsa, onda həyat üzünə gülər, amma olmadı. Ailə qurduğu evdə qaynana, qaynata,boşanmış baldız iki uşaqla və qayın vardı. Bütün yük üzərinə düşdü, Leylanın.Ayda bir dəfə zorla görürdüm onu. Həmişə ağlayırdı; - Deyirdi ki, yenə evdə sözsöhbət var, bezmişəm artıq. Üç inək sağırdı Leyla, satıb evə pul gətirirdi. Bu yetməz imiş kimi baldızın uşaqlarına baxırdı, yenə də bir qəpiklik hörməti yox idi. Deyirdi ki, atam gəlmir heç bizə. Hamı deyir ki, yiyəsi yoxdu. Vaxt gəldi qaynının evlənməyinə və Leylanın bütün cehizləri çölə töküldü,yenə də atası gəlmədi.


Demədi bir qızım var, görəsən nə edir? Leyla iki uşaq anası idi. Baldızının otağına sığındı. Leylanın əri sanki ruhi xəstə idi. Heç bir reaksiya vermirdi, əksinə Leylanı döyürdü ki, sən olmasa idin atamgil məni çölə atmazdı. Bir il beləcə yaşadılar yeddi nəfər bir otaqda. Leyla həmişə deyirdi ki, utanıram baldızımdan. Adicə paltarımı rahat soyunub geyinə bilmirəm. Uzun müddət leylanı görə bilmədim.Mənim də günüm xoş kemirdi amma fikrimdə daima onun həyatını düşünürdüm. Bir müddət sonra divarı hasara bitişik eni və uzunu üç metrəlik ev tikdilər qaynatasıgil Leylaya. Ayırdılar, guya, amma bütün işlər yenə yazıq qızın üstündə idi. Bir gün Leylanı qara eynəkdə gördüm. Dedi ki, qaynatam vurub. Burnu qırılmışdı. Deyəcək söz tapa bilmədim. Bircə kəlmə də olsa. Leyla üsyan həddində idi. Qaynı evlənmişdi. O, təzə gəlinə qoyulan hörməti gördükcə alçalırdı hər saniyə. Düşünürdü mənim günahım nədir? Atamın mənə qarşı soyuq olmasıdımı, yoxsa başqa nəsə var mən bilmirəm? Məndən soruşanda dedim səbəbkar yəqin analıqdı. Çünki bir ata övladını sahibsiz buraxmaz.Bir müddət keçdi və eşitdim Leyla işə düzəlib sevindim, amma eşidəcəklərimiz və görəcəklərimiz qabaqda imiş. İşlədiyi kollektivdə hamının hörmətini qazanmağa çalışırdı və hamıya hörmətlə yanaşırdı.Bu xoşbəxtlik uzun sürmədi. Ta ki, Tovuz xanım adında bir qadınlıqdan məhrum olmuş qadın gələnə kimi.

Tənhalığın yeganə düsturu  tənhalığa məhkum olmaqdır...
Sonra fahişələri qınayırıq. Amma elə qadınlar var ki,ona fahişə sözünün ən pisini demək istəyirsən...

Bu qadın hamının həyatını məhv edirdi. Hətta əvvəl işlədiyi yerdə onu qadınlar şurasında iclas edib sonra çıxarıb rədd etmişdilər. Sadəcə müdirin qohumu olduğu üçün işə götürmüşdülər. Burada .Leylanın üstünə atmadığı şər böhtan qalmadı. Birgün eşitdik ki, guya Leyla oğrudu Tovuz xanımın pulunu oğurlayıb.Səhərisi gün polis çağırıb sorğu sual eləyiblər və Tovuz xanımın dediyinə görə guya polis Leylanı dəniz qırağında tutub. Və Leylanı tanıyır. Amma hamısı boş yalanlar idi. Çünki indiyədək Leylanın məndən gizli saxladığı sirri olmayıb. Andaman edib ağlayırdı ki, belə hadisə heç vaxt olmayıb. Onun bir dəqiqə vaxtı vardı ki, başını qaldırıb kiməsə baxa bilsin. Sadəcə Leyla çox gözəl idi. Uzun buruq saçları vardı. İki uşağı olmasına baxmayaraq çox incəbel qız idi. Leylaya baxanda düşünürdüm və özünə də deyirdim sənə baxanda sanki hansısa bir jurnalın üz qabığına baxırsan. Bir gün Leyla ağlayıb mənə zəng etdi ki, Tovuz xanım mənə növbəti oyun qurub, deyir guya ayaqyolunda məni oğlanla tutub. And içirdi, qurana əl basırdı. Leyla deyirdi, belə hadisə olmayıb.

Deyir, otağa girdim gördüm Tovuz ağlayır hamı başına yığılıb, soruşdum ki, nolub stəkanı atdı mənə ki; - Çıx çölə, fahişə, səni ayaqyolunda oğlanla gördüm. Leyla nə qədər etsə də heç kim inanmayıb. Yaltaqlar təbii ki, o qadının sözünü təsdiqləyiblər. Axı yaltaq olmaq bir növdə müdirin qohumu olmağına bərabərdir. Heç kim işini itirmək istəmir. Və Leyla işdən azad olundu, şər böhtanla. Heç kim də inanmadı ona, çünki məharətli aktrisa oynamışdı bu rolu ona. Bir neçə aydan sonra səhər tezdən Leyla tanımadığım nömrədən məni yığdı. Dedi ki, evdən qaçmışam, mənə kömək et. Düzü, mən də yaxşı gündə deyildim, amma kömək etdim. Təmirdə olan evimiz vardı ora apardım Leylanı. Betonun üstündə yatırdı, Leyla. Əlavə evdən heçnə gətirə bilmirdim ona. Sadəcə gizlincə yemək gətirirdim gündə bircə dəfə. Qaçma səbəbini soruşdum. Bütün nəslimizdəki kişilər üstümə gəldilər ki, səni öldürəcəyik papağımız yerə soxmusan. Üzü şişmişdi bədəni gömgöy idi. Düşündüm Leyla əziyyət çəkəndə, görəsən nəsillərindəki kişiciklər harda idilər? İndi meydana çıxıblar hamısı.

Əri polisə verəndə qorxdum. Düşündüm mənə də təsir edə bilər. Ona görə Leyladan xahiş etdim ki, get ananın yanına. Üzə çıx belə davam edə bilməz.Eşitdi məni getdi evlərinə, anasının yanına çünki analığı hədələmişdi. Demişdi ki, əgər ata evinə qayıtsan atan səni balta ilə öldürəcək. Birgün gəlinimiz kinayəli şəkildə dedi ki, rəfiqən Türkiyəyə gedib. İnanmadım ola bilməz dedim. Bir ildən sonra gördüm onu xəstə yatırdı anasıgildə. Hamıdan saxladığı sirrini mənimlə bölürdü. Dedi qonşu qadın deyib ki, gedək mənlə Türkiyəyə orada xəstə adamlara baxacaqsan, yaxşı pul qazanıb övladlarını geriyə ala biləcəksən. İnanıb getmişdi Leyla amma...

Anası, gəlinləri yola vermirdi onu. Nə etsə də heç kim onunla yaxşı davranmırdı, fahişə olmuşdu axı. Evdən çölə çıxa da bilmirdi dediyinə görə. Türkiyədən tam danışmasa da anladım ki,iyrənib gəlib ordan, bir ay qala bilməyib. Alnına silah dayayıb oğurlamışdılar, Leylanı. Zorla canını qutarıb qaçmışdı oradan. İnsan düşündükcə həyatın fahişəliyinə nifrət edir. İndi həyatda yoxdur, Leyla. Onu öldürdülər namuslu dırnaqarası əxlaqlı insanlar. Xərçəng xəstəsi olmuşdu artıq. Bəzən Bakıya gedəndə onun qəbrini ziyərət edirəm. Mən də ona yaxşı rəfiqə ola bilmədim. Ona arxadayaq çıxmadım. Öz həyatıma başım qarışdı onu unutdum. Eyni zamanda mən Bakıdan uzaqda idim əlim çatmırdı, heç nə edə bilmədim. Bunu özümə heç vaxt bağışlamayacam.İndi siz də düşünün bir qadının fahişə olmasında kimin rolu böyükdü? Kimdir indi fahişə? İnsancıqlar yoxsa insanlar? Leyla, ruhun şad olsun. Məni bağışla. Bağışlaya bilərsənsə, əgər. ƏLVİDA !!!скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Yazarlar

Maya yazır...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Ağıllı qadınlar niyə təkdir?

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Məni döyməyiblər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının