"Tanrım məni unutma" təqdim olunacaq



3 aprel saat 15-00-da Kitabevim.az-da gənc şair Vəfa Canın “Tanrım, məni unutma” adlı şeirlər və esselər kitabının təqdimatı keçiriləcəkdir.
“XAN” Nəşriyyatında işıq üzü görən kitaba müəllifin müxtəlif vaxtlarda qələmə aldığı şeirlər və esseləri toplanıb.

Qeyd edək ki, müəllif Vəfa Can (Məmmədova Vəfa Məmməd qızı) 1987-ci ildə anadan olub. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA-Menecment fakültəsini bitirib. “Tanrım, məni unutma” müəllifin ilk kitabıdır.
"Tanrım məni unutma" təqdim olunacaqскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi