MƏŞƏDİ İSA KİM OLUB?

MƏŞƏDİ İSA KİM OLUB?
Tarix: 24-03-2016, 19:31 Toplam: nəfər paylaşdı.


MƏŞƏDİ İSA KİM OLUB?
Eldar İSMAYIL
Əməkdar jurnalist,şair-yazıçı

"Zülmətdə parlayan qılınc" tarixi- sənədli romandakı ictimai-siyasi hadisələr XlX əsrin sonları və XX əsrin əvvəllərində Qərbi Azərbaycanda (indiki Ermənistan), əsasən Göyçə mahalında və ona yaxın ərazilərdə cərəyan edir.

Uzun illər Çar -üsul idarəsində məmur işləyən Qaraimanlı Məşədi İsa əsərin qəhrəmanı kimi olduqca bacarıqlı, gözüaçıq, maarifpərvər, müdrik, xalqının, torpağının qədr-qiymətini bilən bir türk oğludur.Oxucular əsər boyu Məşədi İsanın və silahdaşlarının şəxsində Azərbaycan türklərinin 1905-1907, 1918-1919-cu illərdə erməni daşnak birləşmələrinə qarşı apardığı mücadilənin şahidi olurlar.

Əsərin qəhrəmanı Məşədi İsa tarixi şəxsiyyətdir. O, əsər boyu cəsur bir igid, qəhrəman, müdrik ağsaqqal, geniş dünya görüşünə malik dövlət qulluqçusu, maarifpərvər, millətsevər, vətənpərvər bir türk kişisi kimi oxucunun diqqət mərkəzindədir. Çar üsulidarəsinin tanınmış məmurlarından biri olan Məşədi İsa dövlət işlərini bacarıqla yerinə yetirməklə yanaşı, xalqın, millətin, vətənin təəssübünü hər şeydən uca tutan bir güc sahibidir. Əsərin qəhrəmanı Məşədi İsa cəsur bacarıqlı, ağıllı, hər şeyin yerini bilən bir dövlət məmuru olsa da Mirzə Bəylər kimi yüksək savadlı, dəyanətli bir adamla oturub durur, məsləhətləşir. Peterburq akademiyasında təhsil almış şair Hacı Əliş ağa ilə tez-tez görüşür. Biz onu yüksək mədəniyyət və səxavəti ilə böyük şöhrət qazanmış Səməd ağa ilə həmişə
bir yerdə görürük.

Məşədi İsa qlava (başçı) işlədiyi müddətdə maarif və mədəniyyət sahəsində də böyük işlər yerinə yetirir. O, Zodda rus-tatar məktəbinin açılmasında, Kəvər, Kutaisi gimnaziyalarına, Peterburq akademiyasına, türk uşaqlarının göndərilməsində müstəsna xidmət göstərmişdir. Kəndlərdə məscidlərin, dəyirmanların, körpülərin qurulub istifadəyə verilməsində böyük işlər görmüşdür.

Azərbaycan aşıq sənətinin korifeyləri Aşıq Alı və Aşıq Ələsgərlə daim əlaqə saxlaması Məşədi İsanın saza-sözə necə böyük qiymət verməsinin bariz nümunəsidir.

Biz əsərdə Aşıq Ələsgərin məclis apardığına, onun ağıllı məsləhətlərinə tez-tez rast gəlirik. Bir yerdə oxuyuruq ki, Dədə Ələsgərdən soruşurlar ermənilər barış istəyir, buna inanmaq olarmı? Böyük sənətkar cavab verir ki, yenə hansısa xəyanətə əl atacaqlar. Erməni xəyanətinin qurbanına
çevrilmiş Gəncəli Yanıq Kərəm deyib:

Ermənidən müsəlmana yar olmaz.
Mövlam məni bitməz işə salıbdı!


Biz Məşədi İsanı Göyçədə "Molla Nəsrəddin" jurnalının yayılması sahəsində apardığı işin şahidi olur, "Kamal" ədəbi birliyinin keçirdiyi tədbirlərdə onun iştirakını görürük.

Məşədi İsa dövlət qulluqçusudur. Ancaq qulluq etdiyi dövlətə tabe olmayan, qaçaqlıq yolunu seçən Qaçaq Kərəm, Dəli Alı, Qandal Nağı, Qaçaq Süleyman kimi məşhur qaçaqlarla əlaqə qurur. Millətin bu mərd kişilərini ələ verməmək üçün əlindən gələn hər şeyi edir. Bütün bunlar deməyə əsas verir ki, “Zülmətdə parlayan qılınc” əsərində Məşədi İsanın şəxsində roman qəhrəmanının mükəmməl, hərtərəfli və dolğun obrazı öz əksini tapmışdır.

Məşədi İsa həm dövlət vəzifəsini yüksək səviyyədə yerinə yetirir, həm də xalqını qoruyub saxlayır. O, erməni məsələsində olduqca gözüaçıq, sayıq və dəyanətlidir. O, bilir ki, böyük xristian dövlətləri erməni dövləti yaratmaq üçün İrəvan xanlığı ərazisini türklərdən azad etmək məqsədi ilə layihə işləyib hazırlamışlar. Bu yöndə xalqı həmişə ayıq olmağa səsləyir. Məşədi İsa var gücü ilə erməni silahlı birləşmələrinə qarşı illərlə aparılan mübarizənin önündə gedir. Biz onu Şişqaya kəndinin əhalisini evlərə doldurub yandıran daşnak sərkərdəsi qatil Sulikovu məhv edən, neçə-neçə ağır döyüşlərdə zəfərlər qazanan bir qəhrəman kimi tanıyırıq.

"Zülmətdə parlayan qılınc» Romanında hadisələrin cəryan etdiyi məkanın mərkəzi Göyçə mahalı olsa da, əhatə dairəsi genişdir: İrəvan, Vedibasar, Dərəçiçək, Kəlbəcər, Qaraqoyunlu, Gədəbəy, Qazax, Tovuz, Şəmkir, Gəncə ilə bağlı bir sıra hekayətlərin şahidi oluruq.
"Zülmətdə parlayan qılınc" əsərində biz dövrünün ünlü şəxsiyyətləri ilə tanış oluruq. İrəvan qubernatorunun müavini İsmayıl bəy Qazıyev, Xınnalı Allahyar bəy, Qazaxdan Şəhniyar bəy, İrəvanlı Mir Məcid ağa, Çaykəndli Mehralı kovxa, şair Əhməd Cavad və bir çox başqaları bu qəbildəndir. Ümumiyyətlə əsər XIX əsrin sonları, XX əsrin əvvəllərində olan qədim Azərbaycan torpağında baş verən ictimai siyasi hadisələrdən, xalqımıza qarşı yürüdülən ədalətsiz erməni müharibələrindən, millətimizin başına gətirilən faciələrdən bəhs edən mükəmməl şəkildə qələmə alınmış tarixi səlnamədir.

Məşədi İsa kimdir?- sualına cavab tapmaq istəyən hər kəsin “Zülmətdə parlayan qılınc” tarixi sənədli romanını oxuması məsləhətdir.

MƏŞƏDİ İSA KİM OLUB?скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10