Bizi izləməyi unutmayın

#Yazarlar

Altmışa dağlarda çata biləydik...

1-04-2016, 17:06 | 1 2682 dəfə baxılıb.

Əli Vahid Çaylı-60

Məhəmməd NƏRİMANOĞLU,
ASKEF-in üzvü, “Yenilik press” qəzetinin təsisçisi və baş redaktoru,
yazıçı-publisist.
Altmışa dağlarda çata biləydik...

“Sözün qüdrətindən boy verən poeziya” – onun zirvəsində Əli Vahid Çaylının yaradıcılığı görünür”



Bədii söz mülklü karvanının sarvanı olmaq o qədər də asan deyil. Söz zaman-zaman mütləqi-hakim olsa da, millət və xalqların mənəvi sərvəti kimi sevilib, qorunub, saxlanıb. Söz bu mənada xalqın tarixini yaşadan varlıqdır, yaddaşdır. Söz aqil dilində müdrik, nadan əlində kəmfürsət də ola bilir. Söz var, dağa qaldırır, söz də var ki, dağları təpəyə çevirir, güclü və müasir texnika kimi...
Zamanında və məqamında, yerində və məkanında işlədilən Xaliqi-Söz sahibinin ürfan təxəyyüllü olmasına işarə edir. Belələri zaman keçdikdən sonra kamil, aqil və müdriklər kimi tanınırlar. Amma, nə yazıqlar ki, onlar zaman keçdikdən sonra daha çox və olduqları kimi dərk edilirlər. Belə aqil, alim, müdrik dədələrimiz tarixi şəxsiyyətlər kimi də yaddaşlarda iz buraxırlar.
Əlbəttə, sərkərdə qalibiyyəti, əsgər döyüşkənliyi ilə sevilib. Sözə “ehya” verənlərimiz isə Dədə Qorquddan bugünümüzə kimi fəlsəfi düşüncələr müəllifi kimi yaşayıblar. Demək, Söz mənəvi qidamızdır, onu gərək elə istifadə edək ki, nəinki azalmasın, həm də leksikonumuz zənginləşsin, amma, təbii ki, yad ünsürlərlə yox.
Belə söz sahiblərimiz az olmayıb və nə yaxşı ki, davamçıları azalmır. Bu da əlbəttə, millətimizin və xalqımızın mənəvi sərvətlərindəndir.
Qələm və söz əhli ilə dostluq eləmək o qədər də asan deyil. Bir dəfə mərhum şairimiz Məmməd Aslan dedi ki, mən çox çətin adamam: yol getmək çətindir. Sonralar ustadın bu fikrinin doğruluğuna inandım. Ondan sonra söz və qələm adamları ilə ehtiyatlı davranmağa başladım. Qəlbləri şüşə kimi kövrəkdir: adicə çəp baxışdan da sına bilir.
Həyatın gözəlliyi onun rəngarəngliyindədir, bəsit olan nə varsa yorucudur,-deyirlər. Həyat başdan-başa fəlsəfədir, açılmamış, oxunmamış. Bir insan ömrü yox, qərinələr, əsrlər, minilliklər bəs eləmir ki, bu kainatın və onun əşrəfi sayılan insanın fəlsəfəsi açılsın. Planetlər kəşf edildikcə, insanın mürəkkəbliyi, bütün canlılardan daha çox kəşfə ehtiyacı olduğu üzə çıxır.
Hər gün qarşılaşdığın, üstəlik, həmsöhbət olduğun dostunun və tanışının iç dünyasını dərk etmək, bəzən ona bənzəmək və ya əksinə, onu özünə oxşatmaq cəhdləri də əbəs yerə baş qaldırmır ürəklərdə, könüllərdə, düşüncələrdə.
Filosofluq etmək kimi çıxmasın, həyatın amansızlıqları ilə üzləşdikdən sonra dahilərin zaman-zaman söylədiklərini sanki gözlərimlə gördüm və yaşamağa məcbur oldum. Həyatımın, deyərdim ki, həm duyğulu, həm də mürgülü dövründə doğma yurd-yuvamdan perik düşüb, qəriblik ömrü yaşadım. Sonralar dünyanın bir çox məşhurlarının belə mənim yaşadığım qaçqınlıq-köçkünlük ağrısı ilə baş-başa qaldıqlarını öyrənib bir qədər təsəlli tapdım. Ona görə yox ki, onlar da həmin ağrıları yaşayıb. Yəni, bu dərdi çəkən təkcə ötən əsrin sonlarında erməni vandalizminin qurbanları deyil, bəşəriyyətin və təbiətin təbii və süni fəlakətlərinin qurbanları az olmayıblar və təəssüf ki, həmin ağrı-acılar bu gün də yaşanır.
Kəlbəcərdən didərgin düşdükdən sonra qarşılaşdığım insanlar arasında özümə ən çox doğma bildiyim qanı-canı bir olan qohum-əqrabalar deyil, qələmi və sözü ilə xalqımızın gərəkli övladına çevrilənlər olub. O insanların arasında isə xüsusi olaraq elələri də olub ki, onları daha yaxın və doğma bilmiş, dərd-sərimi bölüşmüşəm.
25 ilə yaxındır çalışdığım «Azərbaycan» nəşriyyatında belə gərəklilərlə demək olar ki, hər gün qarşılaşır, həmsöhbətə çevrilir, fikirlərimizi bölüşür və bəzən də yüngülcə mübahisə ilə «küsüşürük» də. Belə küsüşmələr, əlbəttə, qısaömürlü olur. Axı, hər bir qələm və söz adamı qarşısındakının da onun kimi, «çörəyinin qələm və sözdən çıxdığını» yaxşı bilir. Bəzən ona da təəssüf edirik ki, bu peşənin sahibləri digərlərindən fərqli olaraq, əsl həmkara çevrilə bilmirlər. Elə onun nəticəsidir ki, jurnalistlərin ömür yollarını təkcə toz yox, daş-kəsək də basır. İlin əlamətdar günlərində belə yada salınmayan qələm əhli özü ilboyu digər peşə sahiblərinin vəsfi ilə məşğul olur, cəmiyyətin ağrı-acılarını ilkin yaşayır, problemlərin həllində vacib rol oynayırlar.
Gizli deyil ki, hər əlinə qələm alıb, qəzet səhifələrində cızma-qara edənlər də jurnalist məsuliyyəti daşımır, sözünə və özünə hörmət qoymağı və qoydurmağı bacarmır, sözün məcazi mənasında zurnalistə çevrilirlər. Belələri ilə hər addımbaşı qarşılaşdığımızdan, çox hallarda əsl söz və qələm sahibləri kölgədə qalır, unudulur, zəhməti dəyərləndirilmir, yollarda ömür sürsələr də.
Qələm dostlarımızın yubileylərinin çox sadə, təmtəraqdan uzaq keçirilməsi də bir özgə problemin nəticəsidir. Meyarlar qorunmadıqda, «səhv düşəndə yerimiz» əməksizlər əməkdar, qələmsizlər «Qızıl qələm»li olurlar. Deyərdim ki, haqqında söz açmağa çətinlik çəkdiyim qələm dostum Əli Vahid Çaylını tanıyandan onunla dostluq körpüsündən keçmək istəyəndən bəri bir neçə dəfə görüşsək də, qəlbimdə illərlə iz salanlardan biri kimi qalıb. Bəlkə də ilk tanışlığımızın tarixinin müqəddəsliyindəndir, bilmirəm. Onunla 2015-ci il mart ayının 7-də Türkiyənin Antalya şəhərində keçirilən “Avrasya şairlərinin antologiyası” kitabının təqdimetmə mərasimində tanış olduq. Bir süfrədə çörək də kəsdik. Ulu Şirvan torpağında (qədim Şamaxı rayonunun Çaylı kəndində “aldatma günü”-Gülüş günü”) doğulduğunu, dili poetik, qəlbi, ruhu lirik duyğularla silələndiyini də orada gördüm. Düzü, qələm dostumuz Elli Atayurdla hər ikisinin çıxışı məni daha çox cəlb eləmişdi. Sən demə, bu şair qardaşlarımın hər ikisi də saza vurğunluqları ilə də seçilirmiş...
Antalya səfərindən tanıdığım qələm dostumla hər gün eyni iş yerinə tələsirik. Bakının basabas, toz-torpaqlı, küçələrindən keçib “Azərbaycan” nəşriyyatına tələsirik ki...
Yox, deməzdim ki, hər gün könül xoşluğu ilə qazanc əldə edir, axşamlar əli, cibidolu evə dönürük. Yaradıcılıq ab-havası olmasa da, bir küncə sığınıb iç dünyamızın dərd-səriylə baş-başa qalırıq. Bundan tapdığımız təsəlli, çəkdiyimiz dərdi misralara düzüb könlümüzü, gözümüzü doldurub balaların yanına qayıdanda dünya bizim olur.
Bax, belə yaşayırıq onunla, digər qələm dostlarımızla.
Ömrünün və yaradıcılığının bahar fəslində olan qələm dostumuz məşədi Əli Vahid Səttar oğlu Xəlilbəylinin könül dünyasını vərəqləmək mənə də nəsib olub. Qarşımda dostumuzun ötən il çapdan buraxılan “Müqəddəs hissin daşıyıcısı” kitabı var. Sadiq dostlarımızdan biri olan şair-publisist, Prezident təqaüdçüsü, AYB-nin üzvü Hikmət Məlikzadənin tərtib elədiyi toplunun redaktori çox hörmətli ziaylımız, professor Ziyadxan Nəbibəyli, məsləhətçiləri isə professor Tahir Cəfərli ilə filologiya elmləri üzrə fəlsəfə doktoru Əminə Tüncaydır. Şair-publisistin yaradıcılıq nümunələri ilə yanaşı, onun şəxsiyyətini əks etdirən tutarlı fikirlər və rəylərin də burada cəmlənməsi sanki dostumuzun 60 illik yubileyinə bir hədiyyə-ərmağandır.
Hikmət Məlikzadə kitabın ön səhifələrinin birində yazır:
“Əyməz səni zülmün gücü, şadam, Əli vahid,
Ləl ilə könül ovlana, dadam, Əli Vahid...
...Əli Vahid Çaylının özünəməxsus deyim tərzi, yaradıcılıq üslubu var. O, əksər şeirlərində zəngin bədii tendensiyalarala dünyanın mahiyyəti və onun mövcudluğu, fəlsəfi və bədii fikirlərlə insan probleminin təşəkkülü və inkişaf mərhələləri barədə oxucuda geniş təsəvvür yaradır”...
Qələm dostim və iş yoldaşım Daşdəmir Əjdəroğlunun isə onun haqqındakı fikirlərinin hər biri dəyərlidir. Amma ən gözəli budur: “Sözün qüdrətindən boy verən poeziya” – onun zirvəsində Əli Vahid Çaylının yaradıcılığı görünür”.
Şair dostumun bədii yaradıcılıq üslubu və deyim forması müasirlərinkindən xeyli fərqlidir. Klassik janrların unudulmaması, yaddan çıxmaması üçün istifadə edilməsi Azərbaycan dilinə və ədəbiyyatına məhəbbətdən qaynaqlanır. Burada, qəzəl, məsnəvi, qoşma, gəraylı, sərbəst vəzndə toplanmış nümunələr yalnız bədii ifadələrlə zənginliyində deyil, həm də mövzu rəngarəngliyi ilə də diqqətəlayiqdir.
Bir lirik duyğulu könül ovunduran nazlamasına baxın:
İlk eşqim, qibləgahım,
Günəş olsun sabahım.
Axı nədir günahım,
Ay mənim küsənim, gəl!
Dərin mənalı, siyasi baxışlı bu bənddə nələr yoxdur ki:
El üçün şam kimi yanandan soraq,
Zənbur kimi şəhdi qanandan soraq.
Biləndən öyrənək, duyandan soraq,
Xalq bu yatanları oyatmır, niyə?
Burada S.Ə. Şirvani, yaxud M.Ə.Sabir sorğusunu hiss etdinizmi? Zaman dəyişsə də, eyham və ironiya ilə “səs salma, yatanlar qoy hələ yatsın”,-deyən klassiklərimizin yolunun davamçısı olan Əli Vahid isə həmin fikri bu gün belə nəzmə çəkir:
Çox yollar görmüşəm ikitərəfli,
Bir yol var – gedənlər qayıtmır, nədən?
Nə sirdir ki, qəfəsdəki qartalı
Ovutmur bir qayğı, ovutmur, nədən?
Əruzu gözəl bilən, bu klassik vəznin incəliklərini dərk etmək üçün şairin qəzəlindən bir beytə nəzər salaq:

Ya Rəbb, bizə hər kim ki gəlir, saz ilə gəlsin,
Versin qəmini dağlara, min naz ilə gəlsin.

Qəlbimdə qışa var gileyim, kim gələcəksə,
Bir güllü bahar, bir gözəl yaz ilə gəlsin...

Düşsün muğamın sehrinə bir nazlı mələk tək,
Uçsun Vahidin səmtinə, pərvaz ilə gəlsin.

Əli Vahid Çaylının kitabdakı bədii nümunələrini yetərincə göstərmək olar. Əslində, məqsədim qələm dostumuzun ömürnaməsini vərəqləmək, oradakı yaddaqalan xatirələrinə birini də əlavə etmək idi. Ona görə də poetik düşüncələr qoynunda ömrün zirvə baharına yetən, dönüb geri boylananda kədərlənməyən, qazancı söz mülkü, söz sərvəti olan Əli Vahid Çaylının 60 illik yubileyinə əliboş gəlməyin günah olduğunu düşündüm. Gümanım ürəyimin rişəsindən qidalanan sözlərimə çatdı, qardaş. İcazə verin Sizi bu tarixi, əlamətdar günlərinizdə dünya malı ilə yox, könül sovqatılı kəlmələrimlə təbrik edim. Həyatda uzun ömürlülüyü Sizə Yaradanımız bəxş etsin, sevilməyi, sevməyi, yaradıcılıq uğurlarınızın davamlı olmasını isə mən diləyim. Bax beləcə:

Ömrün zirvəsinə, ay Əli Vahid,
Kaş, o dağlarda çata biləydik.
Dərib gül-çiçəyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik,
Altmışa dağlarda çata biləydik.

Quraydıq məclisi göy çəmən üstə,
Gələydi dost-tanış hey dəstə-dəstə.
“Yurd yeri” üstündə, həzin, ahəstə,
Bulaq nəğməsinə yata biləydik,
Altmışa dağlarda çata biləydik.

Qol götürüb asta-asta süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik.
Ayaqyalın, başı açıq gəzəydik,
Çiçək dənizinə bata biləydik,
Altmışa dağlarda çata biləydik.

Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çeşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu xata biləydik,
Altmışa dağlarda çata biləydik.

Çəkəmmədik biz dağların nazını,
Çalammadıq ustadların sazını.
Məhəmmədə yazdıranda yazını,
Bir dostun ruhunu tuta biləydik,
Altmışa dağlarda çata biləydik.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ədəbiyyat

Nağıllaşan, dastanlaşan yaradıcılıq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Yazarlar

Dağların dağ boyda ahı Məhəmməd Nərimanoğlu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Araşdırma

Arılar və bal haqqında

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Ankarada törədilən terrora münasibət

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının