• 16:00 – Məstan Günərin ikicildliyi təqdim edildi 
  • 22:00 – Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq 
  • 12:29 – Baş redaktor nazir və Baş Prokurora müraciət etdi 
  • 10:45 – General Rza Talıbov Prezident İlham Əliyevi belə təbrik etdi 
  • 22:46 – Caspian European Club торжественно отметил победу Президента Ильхама Алиева на выборах 
  • 14:00 – Bloggerin gizli yazışması üzə çıxdı-"Mən aradan cırmağ istirəm" 
  • 10:30 – Əməkdar artist internet saytları haqqında xoşagəlməz fikirlər səsləndirib-Ətraflı xəbəri oxu 
  • 01:30 – Bakıda təcili yardım avtomobili yandı 

İltimas Səmiminin şeirləri

İltimas Səmiminin şeirləri Vaqif  Səmədoğluya

Deyilər, bir planetin üstünə,
Bir cüt ayaqqabı qoyulub.
“Ayağıyalın
geyib getsin...”
Axtarıb tapmıram o planeti,
Bu qış ayağıyalın neynərəm, Allah?!
20.06.2016

                  ***

Üstünə bir az gün işığı düşə,
Bir az yağış yağa,
Bir az da, qar.
Beləcə ötüşə aylar, illər.
Xatirə dəftərini qələmlə yox,
Təbəssümünlə yazasan.
Səndən sonra,
Üzü gündoğana uzanan yolları oxuyanlar,
Bir ömür təbəssümlə yaşasınlar.
Arzular şam ağacı,
Ömür aranlı, dağlı məmləkət.
Bir az Afrika sərhalığı,
Bir az Orta Asiya çölü,
Bir az da, And dağları.
Üstünə bir az gün işığı düşə,
Bir az yağış yağa,
Bir az da, qar.
11.06.2016.

***

Gəl, bir az yaxına,
Bir dodaq pıçıltısı qədər sənə sözüm var.
Bir az təbəssümlü,
Bir az ümidli,
Bir az da, qəlbində sevincin olsun.
Hələ neçə -neçə sabah açılar,
Hələ neçə- neçə bahar olacaq.
Hava gah buludlu,
Gah da buludsuz.
Gəl, bir az yaxına,
Qoy, çıxsın beynimdən qara fikirlər.
Bir kibrit qutusu qədər səadət bizə,
Bir ömür bəs edər.
Sənsiz yerimdəcə donduğum kimi,
Dilimin ucunda sözüm donmasın.
22. 05.2016.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV